Növbə Sarkisyana çatdı - Keçmiş prezident istintaqa çağırıldı





Moderator.az Sputnik "Armenia"- ya istinadən xəbər verir ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Ermənistan Xüsusi İstintaq Xidmətinə (XİX) çağrılıb. Bu barədə Sputnik "Armenia"- ya XİX-ə yaxın mənbələrdən məlumat verilib.

XİX bu məlumatı hələ təsdiqləməyib.

Ermənistanın üçüncü prezidentinin nə ilə əlaqədar çağrıldığı bilinməsə də, ancaq hadisələrin inkişafına görə, bunun “1 mart” hadisəsi ilə bağlı olduğunu güman etmək olar.

Qeyd edək ki, Sarkisyan bir dəfə XİX-ə çağırılmış və “1 mart” hadisəsində şahid qismində ifadə vermişdi. Ermənistanın ikinci prezidenti Robert Köçəryan, müdafiə nazirinin keçmiş müavini və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyan bu iş üzrə adları keçən şəxslərdir. İstintaq Köçəryanı, keçmiş müdafiə naziri Seyran Ohanyan və Xaçaturovu "konstitusiya quruluşunu devirmə" maddəsi ilə ittiham edir.
шаблоны для dle 11.2
Tarix: 4-12-2019, 21:27




Xəbər lenti