Peskovun qızı: “Çeçenistanda xüsusi təyinatlı düşərgəsində UFC döyüşçüləri ilə...” - FOTOLAR


 Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta asudə vaxtlarında məşğuliyyəti barədə maraqlı açıqlama verib.

"Forbes”in məlumatına görə, 22 yaşlı Peskova ötən il Çeçenistan Respublikasında xüsusi təyinatlıların düşərgəsində UFC-də mübarizə aparan üç qızla birlikdə ağır məşqlər etdiyini açıqlayıb.

"Çeçenistanda oldum, bu regionu çox sevirəm. Ötən il orada xüsusi təyinatlıların düşərgəsində məşq etdim: idmanla məşğul oldum, hətta atəş açmağı və döyüşməyi öyrəndim. Dalaşmağı sevirəm! Düşünürəm ki, həyatda lazım olacaq. Ağır qrafikimiz oldu: səhər tezdən oyanıb, gündə iki dəfə məşq edib, ağır pəhrizə əməl edirdik. İndi atəş açmağı bacarıram”, - Peskova bildirib.(oxu.az)     
шаблоны для dle 11.2
Tarix: 21-01-2020, 21:11




Xəbər lenti