“Dükan sahibləri Elazığ –zəlzələ bölgəsi üçün alınan malları pulsuz verirlər...”


Arif Paşa:“Mən bu İNSANLARİN-alanların da, satanların da BÖYÜKLÜYÜ ilə QÜRUR DUYDUM!..” TANRI TÜRKİYƏMİZİ QORUSUN!..




Xəbər verildiyi kimi, Türkiyənin Elazığ bölgəsində onlarla insanın ölümü ilə nəticələnmiş zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, hazırda  qardaş ölkədə olan tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri Arif Paşa öz “Facebook” səhifəsində Türkiyə insanının təbii fəlakətdən zərər çəkən soydaşlarına münasibəti barədə duyğusal sətirlər paylaşıb. 

“Türkiyədəyəm! Türkiyə ölçüləri ilə götürdükdə Elazığdan o qədər də uzaqda deyiləm... 

Əhali Elazığda yaşayanlar üçün müxtəlif lazımı şeylər alıb göndərmək üçün alış-veriş mərkəzlərinə üz tutub. Alınan malların Elazığa göndərilməsi üçün nəzərdə tutulduğunu bildikdə mal sahibləri pul almaqdan imtina edirlər...
Mən bu İNSANLARİN - alanların da , satanların da BÖYÜKLÜYÜ ilə QÜRUR DUYDUM!..
TANRİ həyatını itirən insanlarımızın RUHUNU ŞAD ETSİN! Yaralılara şəfa diləyirəm!..
TANRI TÜRKİYƏMİZİ QORUSUN!..” – deyə A.Paşa yazır.

Sultan Laçın
шаблоны для dle 11.2
Tarix: 26-01-2020, 09:44




Xəbər lenti