Şok iddia: “Adriatikdən Sakit okeana türk imperiyası…” – Rus politoloq

 
“Türklər heç vaxt Böyük Turan ideyasından imtina etmədi. Bu ideya nə deməkdir? Bu, Böyük Turanın - Adriatikdən Sakit Okeana qədər nəhəng bir dövlətin yaradılması deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq və türkoloq Viktor Nadeyn-Raevski deyib.
Ekspert Türkiyənin həyata keçirməyə cəhd etdiyi bu ideyanın reallaşmayacağına inanır:
“Türk mənşəli insanların, əsasən 28 türkdilli xalqın - tatarların, başqırdların əksəriyyəti Rusiyada, Qafqazda, eləcə də keçmiş SSRİ respublikalarında yaşayırlar”.
Raevskinin fikrincə, Sovet İttifaqının dağılmasından sonra Türkiyə türkləri Böyük Turan ideyasını gerçəkləşdirmək üçün keçmiş SSRİ-nin türkdilli xalqları ilə fəal əlaqə qurmağa başladılar.шаблоны для dle 11.2
Tarix: 24-02-2020, 14:45




Xəbər lenti