Yerevan küçələrinə polis zirehli texnikası çıxarıldı


24 mart saat 23:00-dan başlayaraq, Ermənistanda fövqəladə rejimlə bağlı sərt tədbirlərə start verilib.

Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, Yerevanın iki fərqli hissəsində polis zirehli texnikası müşahidə edilib.

Bu gündən başlayaraq, Ermənistanda vətəndaşların sərbəst gəzməsinə məhdudiyyət qoyulur. Qadağalar 31 marta qədər davam edəcək.


23 martda Ermənistan parlamenti qadağaları pozanlara qarşı cərimələrin sərtləşdirilməsi ilə bağlı qanunu ikinci oxunuşda qəbul edib. Artıq ötən gün Prezident Armen Sərkisyan qanunu imzalayıb.

Qanuna əsasən, fövqəladə vəziyyət rejimini pozan şəxs 100-250 min dram (200-500 dollar) cərimə ediləcək. Əgər bu qadağanı pozma nəticəsində başqasına virus yoluxdurularsa, 300-500 min dram cərimə tətbiq ediləcək. İki və daha artıq şəxsin virusa yoluxmasına səbəb olan qadağa pozuntusu isə 500-700 dram cəriməyə və iki ilə qədər həbsə səbəb ola bilər.

Qeyd edək ki, Ermənistanda 16 mart saat 18:00-dan 24 aprel saat 17:00-a qədər fövqəladə vəziyyət elan edilib.

Onu da xatırladaq ki, Ermənistanda koronavirusa yoluxanların sayı 249-a çatıb. Onlardan birinin çox ağır vəziyyətdə olduğu bildirilir.

шаблоны для dle 11.2
Tarix: 25-03-2020, 08:57




Xəbər lenti