Dünyada koronavirusdan ölənlərin sayı 19 mini keçdi

 
  Dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı durmadna artır.
Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada ümumi yoluxanların sayı 425 min 964 nəfərdir. Ölüm sayı 19 mini keçib. Belə ki, ən son rəqəmlərə görə dünyada koronavirusdan 19 min 100 nəfər dünyasını dəyişib. Bu virusdan sağalanların sayında az da olsa artım var. Hazırkı rəqəmlərə görə koronavirusdan dünyada 109 min 241 nəfər sağalıb. Hazırda koronavirusdan müalicə alan 299 min 875 xəstə var ki, onların 13 min 129 nəfərinin vəziyyəti ağırdır.
Dünya ölkələrindən Çin, İtaliya, ABŞ, İspaniya, Almaniya yoluxma və ölüm sayına görə ilk beşlikdə yer alıb. Son göstəricilərə görə Çində 47 nəfər yoluxub, 4 nəfər ölüb, Amerikada 60 nəfər yoluxub, 4 nəfər ölüb. Almaniyada 961 nəfər yoluxub, 12 nəfər ölüb. Beşlikdə olan digər ölkələrin koronavirusla bağlı statistikası bu gün üçün hələ açıqlanmayıb.шаблоны для dle 11.2
Tarix: 25-03-2020, 15:06




Xəbər lenti