Dünyada koronavirusdan ölənlərin sayı 20 min 500 nəfəri keçdi - Yeni CƏDVƏL

 

Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı dünyada yoluxma və ölüm sayı sürətlə artır.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, yoluxmaya görə ümumi göstəricilər üzrə ilk beşlikdə Çin, İtaliya, Amerika, İspaniya və Almaniya gəlir. Artıq 4 gündür ki, bu göstərici dəyişməz olaraq qalır.

Çində son saatlarda koronavirusa 47 nəfər yoluxub, 4 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumi yoluxma sayı 81 min 218, bu vaxta qədər ümumi ölənlərin sayı 3 min 281 nəfərdir. Çində artıq bir həftəyə yaxındır ki, ümumi ölüm sayı 3-4 min arasında dayanıb. Gündəlik ölüm halları isə 10 nəfərdən az olur. Çində gündəlik yoluxma da geridə qalan on gün ərzində olduğu kimi 50 nəfəri keçməyib. Onu da bildirək ki, Çinin bir çox şəhərlərində artıq karantin rejimi aradan qaldırılıb.

Çindən sonrakı sırada bir həftədən çoxdur ki, İtaliya yer alıb. Bu ölkədə son saatlarda 5 min 210 nəfər koronavirusa yoluxub, 683 nəfər isə dünyasını dəyişib. Bu gün dünyada ən çox ölüm halı İtaliyada baş verib. İtaliyada ümumi yoluxma sayı 74 min 386, bu vaxta qədər ümumi ölənlərin sayı 7 min 503 nəfərdir.

İtaliyadan sonrakı sırada ABŞ yer alıb. ABŞ bu gün üçün koronavirusa yoluxanların sayına görə dünyada birinci yerdədir.

Ekspertlər bildirirlər ki, ABŞ bu gedişlə ümumi yoluxma sayına görə də İtaliyanı keçəcək. Belə ki, son saatlarda Amerikada yoluxanların sayı 5 min 797 nəfərdir. Ötən bir neçə saat ərzində Amerikada bu infeksiyadan ölənlərin sayı isə 39 nəfərə çatıb. Amerikada koronavirusa ümumilikdə 60 min 653 nəfər yoluxub. İndiyədək 819 nəfər dünyasını dəyişib.

Son 24 saat ərzində İspaniyada 5 min 552 nəfər yoluxub, 443 nəfər ölüb. Bu ölkədə koronavirusa ümumi yoluxan 47 min 610, ümumi ölən isə 3 min 434 nəfərdir.

Almaniyada son saatlarda 2 min 749 nəfər yoluxub, 27 nəfər isə ölüb. Ümumilikdə Almaniyada 35 min 740 nəfər yoluxma, 186 ölüm halı qeydə alınıb.

Hazırda dünya üzrə koronavirusdan ölənlərin sayı 20 mini keçib. Belə ki, artıq 20 min 500 nəfər bu virusun qurbanı olub.

Son rəqəmlərə görə, yoluxanların ümumi sayı 452 min 601, sağalanların sayı isə 113 min 121 nəfərdir. Hazırda 318 min 980 xəstə müalicə alır. Onlardan 13 min 807 nəfərinin vəziyyəti ağırdır. Bu isə ümumi xəstələrin 4 faizini təşkil edir.



шаблоны для dle 11.2
Tarix: 25-03-2020, 23:07




Xəbər lenti