Virusa qarşı 5 trilyonluq savaş: Dünya liderlərindən SON QƏRAR


Virusa qarşı 5 trilyonluq savaş: Dünya liderlərindən SON QƏRAR

Bu gün virtual keçirilən G20 sammitinin sonunda bəyanat qəbul edilib.

Cebhe.info xəbər verir ki, liderlər koronavirusla mübarizədə birgə fəaliyyət barədə qərar veriblər. Qərara əsasən, dünya iqtisadiyyatına koronavirusun yayılmasının nəticələrini aradan qaldırmaq üçün 5 trilyon dollar qoyulacaq.

"Biz dünya iqtisadiyyatına 5 trilyon dollardan artıq vəsait yönəldəcəyik ki, virusun yaratdığı sosial, iqtisadi, maliyyə problemləri həllini tapsın",-deyə liderlərin birgə bəyanatında bildirilir.

Həmçinin qeyd olunur ki, G20 virusla mübarizədə vahid cəbhədən çıxış edəcək. Burada prioritet insanların həyatını xilas etmək, onların gəlirlərini və iş yerlərini qorumaq, maliyyə stabilliyini saxlamaq olacaq.

шаблоны для dle 11.2
Tarix: 27-03-2020, 08:55




Xəbər lenti