“Koronavirus bəşəriyyəti Allaha inanmağa vadar etdi”- AVROPA ALİMİ...


“Hər 80.000 yeni qeydə alınmış koronavirus yoluxmasından sonra ibadət mövzusunda axtarışların intensivliyi 2 dəfə artır...”




Son bir neçə həftə ərzində dünyadakı koronavirus pandemiyası fonunda "ibadət" sözünün axtarışları kəskin artıb. 
 
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, Kopenhagen Universitetinin dosenti və Din, İqtisadiyyat və Mədəniyyət Tədqiqatları Dərnəyinin icraçı direktoru Janet Sinding Bentzenin nəşr etdiyi "Böhran içində Dua edirik: Dindarlıq və “COVID-19” Pandemiyası" adlı  tədqiqat əsərində belə nəticəyə gəlinir. 

Danimarkalı dosent 75 ölkənin sakinləri arasında internetdə “ibadət” istəklərini araşdırıb və məlumat verib ki,  dünyada hər 80.000 yeni qeydə alınmış koronavirus yoluxmasından sonra həmin mövzuda axtarışların intensivliyi iki dəfə artır. Bentzenin araşdırmasına görə, mart ayında Yaradana ibadətlə bağlı İnternet axtarışı son beş ildə ən yüksək səviyyəyə çatıb. Bunun üçün “Google”-ın müqayisəli axtarış məlumatları bütün digər vacib hadisələri üstələyir. 

Sultan Laçın
шаблоны для dle 11.2
Tarix: 2-04-2020, 08:59




Xəbər lenti