Pomidor tomatı sayəsində koronavirusa yoluxduğunu bildi - FOTO

 
Yeni Zelandiyalı gənc Coşua Dent İngiltərəyə səyahətindən sonra koronavirusa yoluxduğunu anlayıb.
Publika.az xəbər verir ki, o, yediyi pomidor tomatının dadını metal dadı kimi hiss edib.
Daily Mail”in xəbərinə görə, 23 yaşlı Dentdə koronavirusun halsızlıq, boğaz ağrısı və burun axıntısı simptomları da üzə çıxıb. Lakin o, dad duyğusunu itirdikdən sonra xəstə olduğunu anlayıb. Bir neçə fərqli tomat markalarının dadına baxsa da, nəticə eyni olub. Daha sonra yediyi hər şeyin eyni tamda olması onu şoka salıb. Bundan sonra xəstəxanaya müraciət edib.
Hazırda koronavirusdan xilas olsa da, özünü izolyasiyada saxlayır.
Koronavirusun simptomları:
Quru öskürək: Virus aşağı və yuxarı tənəffüs yollarına təsir edir. Buna görə də ən çox bu simptoma rast gəlinir.
Yüksək qızdırma: Virusun orqanizmə verdiyi zərər səbəbilə qızdırma kəskin qalxır.
Boğaz ağrısı: Tənəffüs yollarına keçən virus qaldığı bölgədə ağrıya səbəb olur. Bu da qıcıq yaradır.
Tənəffüs çatışmazlığı: Xəstəliyin ölümcül nəticələrə gətirib çıxarmasında ən böyük rol oynayan simptom. Xüsusilə, tənəffüs yollarında problemi olan xəstələr daha tez dünyasını dəyişə bilər.
Yorğunluq: Virusun orqanizmdə yaratdığı ümumi vəziyyət səbəbilə xəstə özünü yorğun hiss edə bilər. Sümük və əzələ ağrıları baş qaldıra bilər.
Başağrısı: Yuxarı tənəffüs yollarına təsir edən virus tənəffüs çatışmazlığı, boğaz ağrısı və digər simptomlara görə başağrısı verə bilər.
İshal: Virusun ən az rast gəlinən simptomu ishaldır.
Dad və qoxu hissiyatının itirilməsi: artıq bir çox koronavirus xəstəsində irəliləyən mərhələlərdə bu simptoma tez-tez rast gəlinir.шаблоны для dle 11.2
Tarix: 2-04-2020, 15:17




Xəbər lenti