“Yaxın 3 ay ərzində bəşəriyyəti ciddi iqlim anomaliyaları gözləyir...”- ÜMT


Proqnoz 13 qlobal mərkəzin verdiyi məlumatlara əsaslanır...




Ümumdünya Meteorologiya Təşkilatı(ÜMT) bu ilin may, iyun və iyul aylarında insanları iqlim ilə əlaqəli kifayət qədər ciddi anomaliyaların gözləməsi haqda  xəbərdarlıq edib.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, mütəxəssislər həmin dönəmdə havanın və okean səthinin temperaturunun kəskin artacağını bildiriblər.

Bu, xüsusilə Şimal yarımkürəsinin əksər ölkələrində, eləcə də tropik enliklərdə nəzərə çarpacaqdır. Eyni zamanda, Cənubi Amerikada  yağışın miqdarı qeyri-kafi  olacaq.

Təşkilatın baş katibi Petteri Talas bildirib ki, pandemiyanın yayılması zamanı kifayət qədər dəqiq hava proqnozuna malik olmaq və yaxın gələcəyə diqqət etmək lazımdır. Bu, hava temperaturu və yağışın miqdarının əsas iqtisadi seqmentlərə, eləcə də səhiyyə sisteminə təsir göstərməsi ilə izah edilə bilər. Uzun bir müddət üçün hava proqnozunun hazırlanması sayəsində önümüzdəki aylarda baş verənlərə hazırlaşa bilərsiniz.

ÜMT-nin proqnozu 13 qlobal mərkəzin verdiyi məlumatlara əsaslanır. Bu məlumatlara əsasən yaxın 3 ay üçün kifayət qədər dəqiq hava proqnozu əldə etmək mümkün olub. Mütəxəssislərin modelləşdirilməsi yaxın gələcəkdə atmosferin istiliyinin əhəmiyyətli dərəcədə artacağını və əvvəllər müəyyən edilmiş normadan xeyli yüksək olacağını göstərib.

Sultan Laçın
шаблоны для dle 11.2
Tarix: 22-05-2020, 15:01




Xəbər lenti