Lukaşenko: “Rusların qarşısında diz çökmək lazım deyil”


Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin raketdüzəltmə sahəsindəki yeni avadanlıqlarla tanış olub.


Yerli mətbuatın yazdığına görə, dövlət başçısı ümumilikdə narazı görünməyib.

Bizimyol.info xəbər verir ki, Lukaşenkoya yeni hazırlanan raketlərin 300 kilometrdən hədəfi dəqiq vurmaq qabiliyyəti olduğu bildirilib. Sınaq həyata keçirmək üçün Çin, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı poliqonlarını təklif edir. Əvəzində Rusiya belə şərait yaratmır.

“Rusların qarşısında diz çökmək lazım deyil. Deməli, bizim müttəfiq nəinki birlikdə raket hazırlamaq istəmir, üstəlik, poliqon verməkdən də boyun qaçırır”, - Lukaşenko belə deyib.

Belarus prezidenti dəfələrlə öz çıxışlarında raket sənayesinin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Lukaşenkonun “müharibəni heç kim təxirə salmayıb” ifadəsi çox müzakirəyə səbəb olmuşdu.

шаблоны для dle 11.2
Tarix: 23-05-2020, 10:07




Xəbər lenti