Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı


Koronavirus

Ruandada koronavirusa yoluxan şəxs vəfat edib. Bu, ölkədə virusdan ilk ölüm faktıdır.


Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Afrika ölkəsində indiyədək 359 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 250-si sağalıb.

Qeyd edək ki, Ruandada koronavirusa ilk yoluxma faktı martın 14-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report.az)

Tarix: 31-05-2020, 09:48




Xəbər lenti