Ukraynada karantin müddəti uzadılıb


Ukraynada karantin müddəti uzadılıb
Səbəb koronavirusla bağlı vəziyyətin pisləşməsidir
 
Ukraynada karantin müddəti iyulun 31-dək uzadılıb. Müddətin uzadılmasına səbəb koronavirusla bağlı vəziyyətin pisləşməsidir. AYNA xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Denis Şmıqal hökumətin iclasında məlumat verib.
 
Şmıqal bildirib ki, koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra ölkədə virusa yoluxanların sayı artıb. “Ona görə də, yenidən karantin rejiminin uzadılmasına zərurət var”, - deyə Baş Nazir vurğulayıb.
 
Qeyd edək ki, son bir həftə ərzində Ukraynada 4853 nəfərdə yoluxma qeydə alınıb ki, bu da pandemiya zamanı ən yüksək göstəricidir.
 
Xatırladaq ki, Ukraynada karantinin müddəti iyunun 22-də başa çatmalı idi.
Tarix: 17-06-2020, 20:35




Xəbər lenti