London meri öz maaşını azaldıb


London meri öz maaşını azaldıb
Merin məvacibi 15,3 min funt azalacaq
 
London meri Sadiq Xan koronavirus pandemiyası fonunda özünün və meriya əmakdaşlarının maaşlarını azaldıb.
 
AYNA "Report"a istinadən xəbər verir ki, Xan maaşını 10 faiz azaltmağa qərar verib. Beləliklə, 2020-ci ildə onun məvacibi 15,3 min funt azalacaq. Həmçinin meriyanın yüksək vəzifəli əməkdaşlarının da maaşları azalıb.
 
Belə qərarın səbəbi koronavirus infeksiyasının Londonun büdcəsinə “dağıdıcı təsiri olub”. Pandemiya başlayandan nəqliyyat, həmçinin biznes gəlirləri kəskin azalıb.
Tarix: 18-06-2020, 07:23




Xəbər lenti