Tərtər təhsili kimlərin ümidinə qalıb?

Tərtər təhsili kimlərin ümidinə qalıb? Surxay Mirzəyev tutduğu vəzifədə öz sələfinin "layiqli davamçısı” kimi çıxış edir
Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Tərtər rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin rəhbərliyinin öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə açıqlamalar təqdim olunmaqdadır. Maraqlıdır ki, bir müddət bundan əvvəl öz işində yol verdiyi ciddi nöqsanlar səbəbilə Tərtər RTŞ-nin keçmiş müdiri tutduğu vəzifədən alındıqdan və onun yerinə Surxay Mirzəyev təyin olunandan sonra da bu şikayətlər səngimədi. Daha doğrusu, qısa bir müddətə redaksiyamıza daxil olan şikayət məktublarının arası kəsildi. Lakin az sonra şikayətlə yenidən bərpa olunmağa başladı. Aldığımız məlumatlara görə, Surxay Mirzəyev tutduğu vəzifədə öz sələfinin "layiqli davamçısı” kimi çıxış edir. Bu barədə daxil olan məlumatlarda deyilir: "Ümumiyyətlə demək olar ki, yüz min nəfərə yaxın əhalisi olan Tərtər rayonunun təhsil sisteminin rəhbərlik sarıdan bəxti elə əvvəldən gətirmir. Məlum olduğu kimi hələ 2007-ci ildə dövlət əmlakına ziyan vurduğuna görə Tərtər RTŞ-nin sabiq müdiri üçün həbs edilib. Bundan sonra həmin vəzifəyə Aydın Qarayev təyin olundu. Öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən keçən il A.Qarayev də işdən çıxarıldı. Bu gün isə, Surxay Mirzəyev köhnə RTŞ müdirinin yol verdiyi səhvləri təkrarlamaqdadır. Belə ki, yeni RTŞ müdiri də rayon məktəblərinə invertarlrın alnması adı altında küllü miqdarda vəsaitlərin mənimsənilməsi hallarına yol verir. Hətta rayon məktəblərinə catması vacib olan dizel yanacağının alınması üçün ayrlan vəsait belə mənimsənilir. Aşkardır ki, Surxay Mirzəyevin də bu vəzifəyə təyinatı rayon üçün qətiyyən uğurlu olmadı. Bu il də Tərtər məktəblərinin məzunları ali məktəblərə qəbul imtahanlarında gözlənilən uğuru qazana bilmədilər. Orta məktəbi bitirən şagirdlərin az hissəsi tələbə adını qazanır. Rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağıdır. Müəllimlərin bəzisi repititorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Şöbə müdiri isə bütün bunlardan təbii ki, xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır...” Mənbələrin iddiasına görə bir çox məktəblərdə elə müəllimlər var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Surxay Mirzəyev demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Digər tərəfdən də mənbələrin təqdim etdikləri açıqlamalara görə Tərtər RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pullar mənimsənilir. Belə ki, bu tenderlərin əksəriyyətini iddialara görə, məhz Surxay Mirzəyevə yaxın insanların nəzarətində olan şirkətlər qazanır.
Ötən yazılarımızda biz bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslərin heç də bu vəzifələrin irəli sürdüyü spesifik tələblərə cavab verə bilmədikləri haqda yazılar dərc etmişdik. Təəssüflər olsun ki, Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən xüsusilə kadr məsələlərində yol verilən bir sıra nöqsanlar bu sahədə ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Məlum olduğu kimi təhsil sahəsində baş verən neqativ hallar digər salərlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Nəticədə isə vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Rüşvətxorluğa əlləri vərdiş etmiş məmurlar isə bu vərdişlərindən heç cür əl çəkə bilmirlər.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.


ANONS

Surxay Mirzəyev, Təhsil Nazirliyində imtahandan keçməyən ötən il 32 bu il isə 26 müəllimi necə işə götürüb?
Uşaq Yaradıcılıq məktəbində hansı müəllimədən pul alıb 6 saat dərs verib?
Nəyin müqabilində 1 saylı məktəbdə Lobarant vəzifəsində işləyən şəxs Sarov kənd məktəbinə Biologiya müəlliməsi kimi göndərildi və 14 saat dərs aldı?
Analıq məzuniyyətinə çıxmaq üçün təhsil şöbəsinə nə qədər pul verilməlidir?
10 illik maliyyə yoxlaması necə yola salındı və yoxlamanın nəticələri necə oldu?
Yoxlama zamanı Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən nəyə görə, 1 günlük həbs olundu və sərbəst buraxıldı?
Məktəb direktorları müəllimlərdən nəyə görə 200 manatdan pul yığıb?
Surxay Mirzəyevi Həmkarların sədri Şəhla xanımla hansı tellər bağlayır?
Təhsil Şöbəsinin müdiri və icra başçısının müavini nəyə görə, DYP əməkdaşları tərəfindən həbs olundu və polis idarəsində aparıldı?
Məktəblərdə xadimə işləyən şəxsləri küçələri süpürməyə kim vadar edir?
Maliyyə yoxlaması zamanı 1 və 2 saylı məktəbin direktorları nəyə görə, Təhsil Şöbəsinin müdirinə 6-8 min manat pul verib?
Surxay Mirzəyev Prezidentin qərarına qarşı çıxmasının səbəbi nədir?
1 saylı məktəbin direktoru Nəcibə xanımın 65 yaşının tamam olmasına baxmayaraq, nəyə görə müqaviləsiz aylarca həmin vəzifəni daşımalı oldu?

Növbəti yazılarımızda bu suallara aydınlıq gətirəcəyik və konkret adlar açıqlayacağıq.

Xalqxeber.Az
Tarix: 11-01-2017, 21:03




Xəbər lenti