Ekoloji İnformasiya” İctimai Birliyi Beyləqanda sayca ikinci tədbirini keçirib

       Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Ekoloji İnformasiya " İctimai Birliyi tərəfindən “Bərk məişət tullantılarının idarəolunması ilə bağlı regionlarda maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində Beyləqan sakinləri üçün məlumatlandırma sesiyyası keçirilib.Məlumatlandırma sesiyyasını giriş sözü ilə açan “ Ekoloji İnformasiya “ İB-nin sədri Musa Muradlı  layihənin məqsədi barədə məlumat verib. Maarifləndirmə kampaniyalarının aparılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının göstərdiyi  dəstəyi yüksək qiymətləndirib.Yerlərdə ekoloji maarifləndirmə kampaniyalarının bundan sonra da davamlı olaraq aparılacağını vurğulayıb.“Ekoloji İnformasiya” İB-nin sədr müavini, layihə üzrə ekspert , Aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev müasir dünyamızda ekoloji problemlərin aktuallığını qeyd edərək  insan faktorunun ətraf mühit üçün yaratdığı təhlükələrdən danışıb.Bildirib ki, təbiət özü-özünü tənzimləlmə xüsusiyyətinə malikdir. Ancaq insanlar  dünyanı həddindən artıq çirkləndirdiyinə görə bu prosesin öhdəsindən gəlmək mümkün olmur.Ekoloq Xosrov Musayev ölkə başçısı , cənab prezident İlham Əliyevin ekoloji problemlərə həssas yanaşdığını,mütəmadi olaraq ətraf mühitin qorunması istiqamətində göstərişlər verdiyini bildirib. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Monitorinq və Maarifləndirmə işləri üzrə sektor müdiri İsrafil Paşayev plastik qabların məişətimizə sürətlə daxil olduğunu, ətraf mühit üçün təhlükəyə çevrildiyini bildirib. Okeanlarda plastik qablar hesabına adalar əmələ gəldiyini, canlıların qida bilib qəbul etdiyini, nəticədə məhvə məhkum olduqlarını nəzərə çatdırıb. Belə bir təhlükəyə qarşı olmaq üçün plastik qablardan imtinanı , alternativ olaraq zənbillərdən istifadə etməyi məsləhət görüb.Tədbir iştirakçılarla qarşılıqlı diskusiya şəraitində aparılıb.Rayon sakinləri Beyləqan şəhərində qarşılaşdıqları məişət tullantıları ilə bağlı fikir və təəssüratlarını bölüşüblər.Sonda tədbir iştirakçılarına bukletlər paylanılıb. Səmimi müzakirə çay süfrəsi ilə yekunlaşıb. шаблоны для dle 11.2
Tarix: 15-07-2019, 17:30




Xəbər lenti