Həzi Aslanovun ev muzeyinin löhvəsi - Bu qədər də olmaz...

İki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanovun Lənkəran şəhərində yerləşən ev muzeyinə vurulan lövhə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Qlobal.az xəbər verir ki, qəhrəmanın ev muzeyinə vurulan löhvədə kobud hərf səhvləri var. 

Maraqlıdır ki, şrift, hərf, qrammatik və simmetrik səhvlərlə dolu olan löhvədə muzeyin tabe olduğu Lənkəran Regional Mədəniyyət İdarəsinin adı da səhv yazılıb. 

Xatırladaq ki, 2000-dən artıq eksponatı olan muzey 2010-cu ildə təmir edilib. 

Qeyri iş günü olduğundan qarşı tərəflə əlaqə saxlaya bilmədik. шаблоны для dle 11.2
Tarix: 12-08-2019, 10:06




Xəbər lenti