Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal-qaranın, hətta donuzların lövbər salmasına şərait yaradıb.

           
Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal-qaranın, hətta donuzların lövbər salmasına şərait yaradıb.
Təbiətin məhvinə yönələn nöqsanların başında isə adıçəkilən mərkəzin "dağıdıcı" rəhbəri İqbal Əliyev özü durur.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühüm tövsiyyə və tapşırıqlarına məhəl qoymayan ( ETSN) Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi tabeçiliyində olan Daşkəsən və Gədəbəy rayonları ərazilərindəki meşələri bəzi işbazların mal-qoyun sürülərinin fermasına çevirərək varlanmağı üstün tutur."Demokratik.Az"-ın məlumatına görə, bugün jurnalisit Ərşad İbrahimovun yayımladığı videomaterialdan da göründüyü kimi, özbaşınalıq o həddədir ki, Gədəbəyin meşə masivində hətta donuzçuluq təsərrüfatı belə yaradılıb. Ağır səslənsə də, demək olar ki, İqbal Əliyevin rəhbərlik etdiyi mərkəz bilərəkdən dinimizin də haram buyurduğu donuz sürüsü ilə meşələrimizi murdarlamaqla məşğuldur. Meşələrin inkişafına və mühafizəsinə dövlət büdcəsindən milyonlar xərcləndiyi halda, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev meşələri öz şəxsi bağı kimi fermerlərin oylağı edir.





Bundan başqa, Daşkəsən və Gədəbəy rayonlarının meşələrində qanunsuz ağac tədarükü və digər meşəqırmalar həyata keçirilir. Hazırda regionda fəaliyyət göstərən plarama və yeşik istehsalı sexlərinə sənədsiz daşınan ağac materialları meşə talançılığından xəbər verir. Yerli sakinlərin əksəriyyəti bu işdə Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzini ittiham edirlər. Mövcud vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşərin İnkişafı Deportamentindən sözügedən meşələrin monitorinqinin keçirilməsini tələb edir."Demokratik.Az"-ın əldə etdiyi daha bir məlumata görə son aylarda Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan meşə zolaqlarında anarxiyanın daha geniş vüsət alması mərkəz rəhbəri İqbal Əliyevin Göygöl rayonunda özünə inşa etdirdiyi çoxmərtəbəli villa tikintisi ilə bağlıdır. Bildirilir ki, İqbal Əliyev 100 minlərlə manat dəyərində olan villasının təmirini və üzünün aqlaylama işlərini tamamlamaq üçün əlində olan bütün səlahiyyət imkanlarını özbaşına yollarla küllü miqdarda pul qazanmağa, rüşvət toplamağa yönəldib...

(mövzu diqqətimizdədir) Yazıda adı yer alan şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırdır.
шаблоны для dle 11.2
Tarix: 7-10-2019, 08:53




Xəbər lenti