Tərtərdə karantin qaydalarını pozanlara növbəti dəfə xəbərdərlıq edildi

 
Tərtər rayonunda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
01.04.2020-ci il tarixində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə yaxından tanış olub.
Keçirilən baxış zamanı icra başçısı tərəfindən rayon sakinlərinə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum təmasda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi vacib tövsiyyələr verilib. Aparılan maarifləndirmə işləri zamanı rayon rəhbəri xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yaradılmış mobil qrupların fəaliyyətinin səmərəliliyi ilə də tanış olub.
Şəhər ərazisində aparılan izahetmə-xəbərdarlıq işləri zamanı rayon rəhbəri bir çox ticarət və xidmət obyektlərində qəbul edilmiş izolyasiya tələblərinin icra vəziyyəti ilə yaxından tanış olub. Şəhər mərkəzində yerləşən ərzaq satışı ilə məşğul olan böyük ticarət obyektlərində olarkən, sakinlərə aparılan maarifləndirmə işlərinin əsas məqsədini ətraflı şəkildə izah edib, gündəlik ərzaq məhsullarının qiymət səviyyəsi ilə də tanış olubdur.
 шаблоны для dle 11.2
Tarix: 2-04-2020, 15:01




Xəbər lenti