Astaralı narkobaronun iranlı dostları ilə ilə birgə ŞOK ƏMƏLLƏRİ


İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Astara rayon sakini, 1980-cı il təvəllüdlü Mahir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mahir Əliyev 22 mart 2019-cu il tarixdə ibtidai istintaq orqanı tərəfindən şəxsiyyəti konkret olaraq müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı ilə cinayətkar qrup yaradıblar.


Mütəşəkkil dəstənin iranlı üzvləri qaçaqmalçılıq yolu ilə keçirdikləri narkotik vasitəni Astara rayon Mədəniyyət Mərkəzinin yaxınlığındakı kafenin arxa tərəfində dəmir manqalın altında gizlədiliblər.


Mahir Əliyev 9 may 2019-cu il tarixdə, saat 23 radələrində üzərində “adidas” sözləri yazılmış bir ədəd idman çantasının içərisində olmuş beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1620,0 qram, 920,0 qram, 810,0 qram, 1465,0 qram, 1235,0 qram, ümumi təmiz çəkisi 6050,0 qram olmaqla külli miqdar təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə olan tiryəki götürüb və Astara şəhəri, Qum küçəsi, ev 167 ünvanında yerləşən yaşadığı evə aparmaq istəyərkən Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


İstintaq orqanı tərəfindən Mahir Əliyevin barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıqda iştirakçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 


O, qeyd edib ki, uzun müddətdir əsasən tiryək və heroin narkotik vasitələrindən istifadə edib: 

“22 mart 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində olarkən həmin ölkə vətəndaşı olan “Rəsul” adlı şəxslə tanış oldum. Həmin gün narkotik vasitələrin istifadəçisi olduğuma və ailəmin maddi vəziyyəti pis olduğuna görə Rəsulla sonuncunun tanımadığı şəxslər vasitəsilə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdib müəyyən yerdə gizlətdirəcəyi, sonra da bu barədə ona məlumat verəcəyi tiryəki oradan götürüb, bir neçə gün ərzində özümdə saxlayacağım, Rəsulun tiryəki məndən n təhvil alacağı gün göstərilən hərəkətlərim müqabilində müəyyən məbləğdə pul verəcəyi barədə razılaşdıq. Buna görə də Rəsul mobil nömrəsini götürdüm”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 9-da, saat 18-19 radələrində Astara şəhərində yaşadığı evdə olarkən Rəsul xatırlamadığı mobil nömrədən ona zəng vurub: 


“Müəyyən şəxslər vasitəsilə bilmədiyim ərazidən narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirildiyini söylədi. 


O, içərisində külli miqdarda tiryək olan, üzərində “adidas” sözü yazılmış idman çantasını Astara şəhərində Rayon Mədəniyyət Mərkəzinin yaxınlığında yerləşən kafenin arxa hissəsində olan dəmir manqalın altında gizlətdildiyini bildirdi. 


Rəsul narkotik vasitəni oradan götürməyini və özümdə saxlamağımı tapşırdı. Bir neçə gün sonra gələrək həmin narkotik vasitələri məndən təhvil alanda göstərilən köməkliyi müqabilində 1000  manat məbləğində pul verəcəyini dedi. Rəsulla razılaşdım. 


Həmin gün saat 23 radələrində Astara şəhərində yerləşən Rayon Mədəniyyət Mərkəzinin yaxınlığında yerləşən kafeyə getdim. Ətrafda hər hansı şəxsin olmadığına əmin olduqdan sonra kafenin arxa tərəfinə keçdim. Kafe bağlı olduğuna görə içərisi qaranlıq idi. Orada dəmir manqalın altından tapdığım üzərində “adidas” sözü yazılmış idman çantasını götürdüm. Çantanın zəncirbəndini açdım və içərisində beş ədəd bağlamada tiryək olduğunu gördüm”.


Mahir Quliyev qeyd edib ki, həmin narkotik vasitələri Astara şəhəri, Qum küçəsi, ev 167 ünvanında yerləşən yaşadığı evə aparmaq məqsədilə bir neçə addım atıb və oradan kənarlaşmaq istəyəndə onu bir neçə polis əməkdaşı saxlayıb: 


“Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyimi bildirdilər, sonra məni Astara rayon polis şöbəsinə apardılar. Orada şübhəli şəxs qismində tutulduqdan sonra həmçinin, müdafiəçimin iştirakı ilə, polis əməkdaşlarının əlimdə aşkar etdikləri, üzərində “adidas” sözü yazılmış idman çantasına video çəkiliş aparılmaqla baxış keçirilərkən və elektron tərəzidə çəkilərkən içərisində olmuş beş ədəd bükümdə altı kiloqramdan çox tiryək aşkar edilib, qablaşdırılaraq götürüldü”.


Təqsirləndirilən şəxs qeyd edib ki, Astara rayon polis şöbəsinin hər hansı əməkdaşı, o cümlədən Hikmət Ağayev və Ramin Hüseynov onu Rəsuldan narkotik vasitə əldə etməyə təhrik etməyib: 


“Narkotik vasitələri əldə etmək məqsədilə Mirzəyev Mais Zeydulla oğlu ilə birlikdə İran İslam Respublikasına və həmin ölkə ilə sərhəddə yerləşən Zəngüləş kəndinə göndərməmişəm. Bununla bağlı ibtidai istintaq zamanı həqiqətə uyğun olmayan məzmunda ifadələr vermişəm.


Mahir Əliyev əməlindən səmimi peşiman olduğu, törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etdiyi və himayəsində iki nəfər azyaşlı uşağın olduğu nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini xahiş edib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Mahir Əliyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.


Mahir Əliyevin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində hakim Fuad Soltanovun sədrlik etdiyi kollegiyada baxılıb.


Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.


Qərara görə, Mahir Əliyevin apelyasiya şikayəti təmin olunmayıb.

шаблоны для dle 11.2
Tarix: 22-05-2020, 12:07




Xəbər lenti