Zaqatala rayon icra hakimiyyətində BİABIRÇILIQ - İDDİA



Ölkə başçısının adına nəşr olunan jurnal təhqir olundu. Bu barədə dosye.org-az videofakt daxil olub. Belə ki, üz qabığında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin fotosu əks olunan jurnalın üzərində (sanki o boyda idarədə ayrı vasitə yoxmuş kimi) çaydan altı kimi istifadə edilir. Təəsüf hissi ilə qeyd etməliyik ki, bu cür hadisənin baş verdiyi məkan icra hakimiyyətidir.

İcra hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsi üzrə məsləhətçi xanım A.Q.Zülfüqarova və RİHB Aparatının baş mütəxəssisi xanım T.İ.Məmmədovanın çalışdıqları xidməti otaqda baş verən bu xoşagəlməz halla bağlı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhmədzadə Mübariz Cuma oğlu ilə əlaqə yaratmaq istəsək də, bu cəhdimiz baş tutmadı.



Görünən tərəf budur ki, Zaqatala RİH-də baş verən biabırçı olay birbaşa dövlət başçısına qarşı hörmətsizlikdir. Əslində isə, dövlətdən maliyyələşən dövlət idarəsinin bütün kadrları, o cümlədən, icra hakimiyyətinin əməkdaşları ölkə başçısına qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Görünür, hakimiyyət daxilində hələ də məsüliyyətsiz məmurlar kifayət qədərdir.

Nəzərinizə çatdıraq ki, Zaqatala RİH başçısı Əhmədzadə Mübariz Cuma oğlu, ölkə mətbuatının gündəmdən düşməyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhməzadənin qardaşıdır…

Qarşı tərəfin də mövqeyini dinləməyə, dərc etməyə hazırıq.

GundemXeber.Az
Tarix: 1-04-2021, 23:22




Xəbər lenti