Maliyyə Nazirliyi QHT-lərin pulunu kəsdi

Maliyyə Nazirliyi QHT-lərin pulunu kəsdi QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyələşən layihələr üzrə vəsaitlərin son tranşı ödənməyib.

Bu barədə QHT sektorundan bildirilib. Məlumata görə, ötən ilin son ayında başa çatan layihələr üzrə hesabatlar verilsə və Şura tərəfindən qəbul olunsa da, maliyyə vəsaitinin ayrılması hələ də yubanır. Şuranın mühasibatlığından isə vəsaitlərin nə vaxt ödənəcəyinə dair dəqiq vaxt açıqlanmır.

Qeyd edək ki, bu vəziyyətlə üzləşdiyini bir neçə QHT rəhbəri bildirib. Vəziyyətin yaranma səbəbilə bağlı aydınlıq gətirmək üçün Şuranın mətbuat xidmətinə müraciət etdik. Ordan verilən cavabı təqdim edirik: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq QHT-lərin maliyyə vəsaitlərinin sonuncu tranşının ödənilməsi üçün üzərimizə düşən zəruri sənədləşmə işlərini vaxtında icra etmişik. Maliyyə Nazirliyinin yerli xəzinədarlıq İdarəsi tərəfindən ödəniş tapşırıqları bütün QHT-lərin hesabına işlənib. Ancaq Maliyyə Nazirliyi bizə məlum olmayan səbəblərdən bu ödənişi təmin etməyib. Hazırda 150-yə qədər QHT-nin qrant vəsaitinin qalan hissəsinin hansı mənbə hesabına və nə zaman ödənilməsi ilə bağlı müzakirələr aparılır”.

Mövzunu diqqətdə saxlayacağıq.
Tarix: 11-01-2017, 16:49




Xəbər lenti