Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxs müəmmalı şəkildə yoxa çıxdı

Ziya Məmmədovun müşavirinin tutdurmaq istədiyi şəxs müəmmalı şəkildə yoxa çıxdı
Rövşən Əhmədov 1 saylı Ruhi Əsəb Xəstəxanasından yoxa çıxıb

Criminal.az xəbər verir ki, Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin həbsinə nail olmaq istədiyi Rövşən Əhmədov müalicə olunduğu 1 saylı Ruhi Əsəb Xəstəxanasından naməlum istiqamətə aparılıb. Bu haqda redaksiyamıza onun həyat yoldaşı Xanım Əhmədova məlumat verib. Deyib ki, bu gün səhər Rövşən Əhmədovu xəstəxanadan naməlum şəxslər Çingiz Baxşıyevlə üzləşməyə aparmaq adı ilə çıxarıblar.


Rövşən Əhmədov

"Həmin şəxslər deyib ki, Rövşəni Səbayel Rayon Prokurorluğuna Çingiz Baxşıyevlə üzləşdirmək üçün aparırlar. Orada Rövşənin özünü öldürmə həddinə çatdırılması cinayətinə görə Çingiz Baxşıyevlə üzləşdiriləcəyini bildiriblər. Bizə bu haqda günortadan sonra məlumat verildi. Biz Səbayel Prokurorluğu ilə əlaqə saxladıq. Dedilər ki, belə bir üzləşdirmə olmayıb. Xəstəxanaya gedənlər özlərini Səbayel Polis İdarəsinin, 8-ci polis bölməsinin əməkdaşları kimi təqdim ediblər. Lakin İdarədə və bölmədə deyiblər ki, onlar Rövşəni görməyiblər. Biz Bakı İstintaq Təcridxanası ilə də əlaqə saxladıq. Oradan da dedilər ki, Rövşəni ora aparmayıblar. Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat vermişik”.

Çingiz Baxşıyev


X.Əhmədova Daxili İşlər Nazirliyinin rəhbərliyinə də müraciət etdiklərini bildirib. Yada salaq ki, İstiqlal.az-ın yazdığına görə, Çingiz Baxşıyevin şikayəti əsasında 1 ildən çox həbsdə olan və daha sonra bəraət alan Rövşən Əhmədovun özünü öldürmək istəməsində əsas suçlu şəxs kimi sabiq müşavirin adı keçir. Rövşən Əhmədovun özünü öldürmək istəməsi faktına görə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Rövşən Əhmədov ötən ilin son günlərində özünü zəhərləyərək komaya düşmüşdü.
Bundan əvvəl isə məktub yazıb ölümündə Çingiz Baxşıyevi günahlandırmışdı. Ona və ailəsinə qarşı təzyiqlər etməsindən dolayı həyatla vidalaşmaq qərarını verdiyini yazmışdı. Bundan əvvəl isə Rövşən Əhmədov sabiq müşavirin işləri barədə ciddi ittihamlar səsləndirmişdi. "Çingiz Baxşıyev müşavir olanda təxminən 1000 manat maaş alırdı. Amma o, narkomaniya ilə məşğul olurdu. Məni o işin dalıca getmədiyin üçün tutdurdu. Mən bir dəfə Çingizi aeroportda qarşıladım. Şəhərə gələndə arxada başqa adamla oturmuşdu, mən də öndə idim. Həmin şəxslə aralarında rus dilində danışırdı, elə bilirdi mən başa düşmürəm. Ət işindən danışırdılar, amma söhbət milyon dollarlardan gedirdi. Ət isə 80 min manat idi. Mən ona yalandan dedim ki, xəstəyəm, ətin dalınca gedə bilməyəcəm. Əsəbiləşdi, başqa adam göndərdi. Təxminən 20 gün sonra məni çağırıb dedi ki, ”get "3-ün kruqu”ndan ətin pulunu götür".

Mən gedib orada tanımadığım bir polis işçisindən 500 min dollar götürdüm, səhəri yenə eyni yerdə eyni adamdan 500 min aldım, birisi gün isə 360 min dollar götürdüm. Pulların hamısını da aparıb kürəkənigilə qoyduq” - deyə Rövşən Əhmədov bildirmişdi. Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.
İttiham aktına əsasən, o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib. 2016-cı il aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra bu qərardan protest verib. Onu da bildirək ki, R.Əhmədov yaşadığı evdə dərman içmişdi. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Onun həyatını xilas etmək mümkün olub. R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda intihara cəhd etməsinin səbəblərini qeyd edib. Bildirib ki, intihar cəhdinə səbəb Çingiz Baxşıyevdir. Həmçinin ailəsinin təhlükədə olduğunu qeyd etmişdi.шаблоны для dle 11.2
Tarix: 16-01-2018, 21:27




Xəbər lenti