Qarabağ problemi və biz!

Qarabağ problemi və biz!
Bu mövzuda bir dəfə keçən il status yazmışdım. O dövrdən bu yana bir dəyişiklik olmadığından məqalə yazmağı qərara aldım

Bizim Qarabağ dərdimiz böyükdür! O qədər böyük ki, onun haqqında danışanda halımız pisləşir. Dua edəndə torpaqlarımızın geri qayıtmasına, doğmalarımızın qəbirlərini ziyarət etmək üçün Allahdan möhlət arzulayırıq. Nənələr, babalar, indi atalar-analar, oğullar və qızlar belə ürəyində Qarabağ həsrəti ilə dünyasını dəyişirlər.

Lakin, ürəyimizdə gəzdirdiyimiz Qarabağ problemi bizim cəmiyyətin ümumilli problemi ola bilməyib. Cəmiyyətimizin ümumilli problem olsaydı bizim aşağıdakı strukturlarımız olardı?

— Xarici İşlər Nazirliyində DQ münaqişəsi üzrə idarə olardı ki, bu idarənin fəaliyyəti münaqişə haqqında bütün məlumatları beynəlxalq aləmə yaymaq, beynəlxalq və yerli təşkilatlar, QHT-lərin və institutların fəaliyyətini koordinasiya edərdi.

— DQ münaqişəsi üzrə parlament komissiyası olardı ki, bu komissiya ölkədaxilində iş aparmalı, Avropa Şurası, Avropa İttifaqı və Avronest Parlament Assambleyasında, ATƏT-in Parlament Assambleyasında təmsil olunan nümayəndə heyyətimizin tərkibində bir nəfərlə təmsil olunmalı idi.

— Münaqişələr üzrə nazirlik və yaxud dövlət komitəsi olmalı idi ki, münaqişə ilə bağlı bütün prosesləri idarə edə bilsin. Strategiyanı icra etsin.

— İnstitutlarda DQ münaqişəsi üzrə fakultə və yaxud tədris proqramı olmalı idi ki, tələbələrə DQ münaqişəsi ilə yanaşı diğər mövcud beynəlxalq konfliktlər haqqında tədris materialları hazırlasınlar.

— DQ münaqişəsi üzrə siyasi və ictimai bloklar olmalı idi ki, siyasətçilərin DQ münaqişəsi ilə bağlı fəaliyyətini koordinasiya etsin.İctimai təşkilatların münaqişə haqqında mövqeyini cəmləşdirməyə dəstək olsun.

— DQ münaqişəsi üzrə tədqiqat insititutları olmalı idi ki, Azərbaycan və Ermənistan münaqişəsinin bütün incəliklərini öyrənsin və yaxud digər münaqişələr haqqında da tədqiqatlar aparsın.

— DQ Azərbaycanlı İcmasının rəhbəri bezneslə deyil münaqişə ilə məşğul olnmalı idi. O vəzifəyə Şuşa icra hakimiyyətinin başçısı təyin olunsa da daha cavan və kommunikasiya imkanları olan adam təyin olunmalı idi.

— DQ haqqında televiziya və radio, qəzet, müzakirə meydanı olmalı idi ki, onun imkanlarından istifadə edərək insanlara həqiqəti çatdırmaq olsun, polemika imkanı yaradılrsın.

İndi bu dediklərimdən hansı var? Bunlar yoxdursa, DQ münaqişəsi haqqında professional məlumatı hardan alacaq yeni nəsil? Müharibəni görmüş nəsil həyatdan köçəndən sonra gəncləri münaqişə ilə bağlı bizim televiziyaların mədh xarakterli «açıq söhbət»ləri necə məlumatlandıracaq?

Əvəz Həsənov
шаблоны для dle 11.2
Tarix: 16-01-2018, 23:36




Xəbər lenti