10 iyul Gəncə terroru: Moskvadan gələnlər, İran izi və erməni kəşfiyyatı


 

Terrora çağırış edənlər həbs olunur, beynəlxalq axtarışa verilənlər var; Bəhram uzun illər Rusiyada yaşadı, 1 gün əvvəl Gəncəyə gəldi, iğtişaşa qatıldı; jurnalist: “Qətlindən bir az əvvəl İlqar Balakişiyevlə söhbət etmişdim...” 

Gəncədə baş verən silsilə terror aktları prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclasda müzakirə olunub. İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bəyan edib ki, Gəncədəki hadisələrin arxasında xarici güclər durur.

Hazırda Gəncədəki qanlı olaylarla bağlı istintaq  hər gün “qazıntı” işlərini davam etdirir. Baş prokurorun 1-ci müavini Rüstəm Usubov gerçəkləşdirilən əməliyyat-istintaq tədbirlərinə nəzarət etmək üçün Gəncəyə ezam olunub.

İstintaq araşdırmaları zamanı ortaya olduqca ilginc və vahiməli məlumatlar çıxmaqdadır. “Yeni Müsavat” qəzetinin Gəncə olaylarının xaricdən idarə olunması ilə bağlı irəli sürdüyü versiyalar rəsmi olaraq da təsdiqlənir. Prezident Gəncədəki hadisələrlə bağlı çıxışında da bunu dedi. İlham Əliyev bildirdi ki, bu terror aktlarının dini şüarlar altında törədilməsi özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir.

Prezident deyib: “... Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər”.

Ä°lgili resim

21 cinayət işi başlanıb, 3 nəfər həbs olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Xatırladaq, iyulun 3-də saat 20:30-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib. Cinayəti törətmiş 1983-cü il  təvəllüdlü Yunis Səfərov dərhal saxlanılıb və hadisə yerində olan polis əməkdaşları tərəfindən tərk-silah edilib. 10 iyulda isə Gəncədə 150-200 nəfərdən ibarət olan qrup tərəfindən təşkil edilmiş qarışıqlıq zamanı iki polis zabiti - Gəncə Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Gəncənin Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov öldürülüblər. Sonrakı günlərdə aparılan operativ-istintaq tədbirləri ilə bu cinayətləri törədənlərdən biri - Fərrux Qasımov həbs olunub. Polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən digər şəxs - Rəşad Böyükkişiyevin gizləndiyi yer də müəyyən olunub. Onun  tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib.

GÉncÉdÉ polislÉri öldürÉn ile ilgili görsel sonucu

Polis zabitini şəhid edən xüsusi əməliyyat zamanı öldürüldü

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncədə polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin zərərsizləşdirilməsi ilə bağlı rəsmi məlumat yayıb. Musavat.com-un yaydığı məlumatda bildirilir ki, törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir: “Cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində dövlət başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib. Amma əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib”.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, istintaqçılar müəyyən ediblər ki, Rəşad Böyükkişiyev hadisədən əvvəl ailəsini ölkədən çıxarıb. Hazırda Böyükkişiyevin ailəsinin Gürcüstanda olması haqda məlumatlar var.

Gəncə olaylarına görə həbs olunanların sırasında Rusiyadan gələn şəxslərin olması haqda da məlumatlar təsdiqlənir. Tutulanlardan biri Bəhram Əliyevdir. Uzun illər Rusiyada yaşayan bu şəxs hadisədən 1 gün əvvəl Gəncəyə gəlib və icra hakimiyyəti binası qarşısındakı meydanda aksiyaya qatılıb.

Rusiya Federal TÉhlükÉsizlik XidmÉtinin ile ilgili görsel sonucu

İşdə Rusiya və İran izinin olması haqda məlumatlar da az deyil. Elmar Vəliyevə atəş açan Yunis Səfərovun uzun illər Rusiyada yaşaması, Rusiya vətəndaşı olması, anası Leyla Səfərovanın Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasında kitabxanaçı olması, polis zabitlərinə xəncərlə xəsarət yetirmiş Rəşad Böyükkişiyevin də olaylardan əvvəl Rusiyadan gəlməsi artıq məlumdur. Yunis Səfərov Elmar Vəliyevə qarşı cinayət törədəndən sonra onun ortaya çıxan bir fotosunda maraqlı mesaj yer alırdı.

Yunis SÉfÉrov ile ilgili görsel sonucu

Həmin fotoda Yunis Səfərov papaqlı əks olunub.  Onun başındakı papaq 2008-ci ildə Suriya ərazisində sui-qəsd nəticəsində öldürülmüş, “Hizbullah” hörgütünün silahlı qanadının əfsanəvi komandanı İmad Muğniyənin mediaya sızan nadir fotolarından birində başına qoyduğu papaqla eynidir. Bu papaq hizbullahçıların səhra geyimidir və Yunisin bu papaqla fotosu məhz onun bu qrupda olduğunu göstərməyə xidmət edib. “Hizbullah”ı İranın maddi və hərbi baxımdan dəstəklədiyi də hər kəsə bəllidir. Bundan başqa, Yunis Səfərovun xanımının ilk səs yazısı və sonradan video müraciəti də Rusiya ərazisində qeydiyyatda olan “Ar Rad” kanalı üzərindən gerçəkləşdirilib, bu gün də Rusiya ərazisində fəaliyyətdə olan “Səma HD” kanalı üzərindən Yunis Səfərovun qəhrəmanlaşdırılmasına xidmət edən materiallar, məlumatlar paylaşılır.

Daha bir diqqətçəkən məqam odur ki, Gəncədə 1 həftə fərqlə törədilən qanlı terror aktlarını Türkiyə və İsrailin ölkəmizdəki səfirlikləri pisləyən açıqlamalar versələr də, ölkəmizdəki Rusiya və İran səfirlikləri susqunluq nümayiş etdirirlər. Azərbaycanın 2-ci ən böyük şəhərində baş verən olayda bu ölkələrin adları hallansa da, münasibət bildirməyə həvəs göstərmirlər.

Bir daha qeyd edək ki, musavat.com-a istintaqdakı mənbələrdən çatan məlumata görə, istintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb. Həmçinin cinayət törətməkdə şübhəli bilinən Bəhram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb. Vəhabilərin də baş vermiş olaylarda iştirakı ehtimalı haqda ötən sayımızda məlumat vermişdik. 

Mahir MÉmmÉdli musavat.com ile ilgili görsel sonucu

“Bu hadisənin işartısı da yox idi”

Bu arada Gəncədəki 10 iyul hadisələrini işıqlandıran, əslən Gəncədən olan telejurnalist, Real TV-nin əməkdaşı Mahir Məmmədli hadisələrlə bağlı maraqlı detallar açıqlayıb.

Deyib ki, hadisələrlə bağlı Gəncəyə gedib, Elmar Vəliyevin daha öncə icra başçılığı etdiyi Yevlaxda müsahibələr alıb. Jurnalist deyib ki, Gəncəyə çatanda bu hadisənin işartısı da yox idi.

“İnsanlar mərkəzi meydandakı fəvvarənin yanında gəzirdilər. Həmin vaxt fəvvarənin yanında bir neçə qadın oturmuşdu. Heç kəs də təxmin etmirdi ki, bu qadınlar təxribatın tərkib hissəsi ola bilərlər. Polisə tapşırılmışdı ki, insanlara qarşı qıcıqlandırıcı hərəkətlər etməsinlər, maksimum sakit davransınlar. Ona görə də ərazidəki polislər silahsız idilər. Mülki geyimli və polis geyimində 20-25 nəfər var idi. Həlak olan Səməd Abbasov və İlqar Balakişiyev də onların arasında idi. Mən qətlindən bir az əvvəl İlqar Balakişiyevlə söhbət etmişdim. Mənə əminliklə dedi ki, heç bir aksiya olmayacaq”...

GÉncÉ olayları ile ilgili görsel sonucu

“10-a yaxın qadın çantasından boşqab çıxarıb, şüarlar qışqıra-qışqıra polislər tərəfə atmağa başladılar”

Mahir Məmmədli bildirib ki, axşam saat 8-ə qədər hər şey sakit idi. Anons edilən aksiyanın olmayacağını düşünən telejurnalist hətta hadisə yerindən getməyi də düşünüb: “Amma saat 8-dən 10 dəqiqə keçmiş Fəvvarənin kənarında oturan 10-a yaxın qadın çantasından boşqab çıxarıb, şüarlar qışqıra-qışqıra polislər tərəfə atmağa başladılar. Polisin diqqəti bunlara yönəldi. Bunların da məqsədi elə bu imiş. Bu zaman meydanın 2 ayrı tərəfində Səməd Abbasov və İlqar Balakişiyevə qarşı kəsici alətlə hücum oldu. Polislərə hücum edən şəxslərin kimliyi təhlükəsizlik kamerasına düşüb. Həmin gün 40-a yaxın adam saxlanmışdı. Onların arasında gəncəlilər yoxdur. Əvvəlcədən ayrı-ayrı rayonlardan Gəncəyə gətiriliblər, ev tutublar. Gəncəyə qrup halında gəlməyə məhdudiyyətlər olub. Ona görə də ayrı-ayrı halda gəliblər. Şəhər ətrafında evlər tutublar. Orada qalıblar. Yerli əhali indi istintaqa deyir ki, həmin evlərdən birinə hər gün 10-15 çörək alıb aparırdılar. Bu da onu deməyə əsas verir ki, onlar bu çörəkləri birgə qaldıqları hücrələrə aparırmış”.

M.Məmmədli bildirib ki, hadisə günü meydanda olan polislərin əlində dəyənək olmayıb: “Onlar qrup halında toplaşan insanlara yaxınlaşırdı. Bu hadisədən sonra post patrul xidməti əməkdaşları gəldilər. Əllərində dubinka da, qaz balonu da vardı, amma o vaxta qədər artıq yaralanma hadisəsi olmuşdu”.

GÉncÉdÉ polislÉri öldürÉn ile ilgili görsel sonucu

Polislərə ilk hücum edən ələ keçib

Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilmiş və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb. Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə - Rəşad Böyükkişiyev məhv edilib.  Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Yaralı asayiş keşikçisi: “Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar”

Gəncə hadisələri zamanı xəsarət alan şəhər baş polis idarəsinin post-patrul taborunun qərargah rəisi Samir Bayramovhadisənin təfərrüatlarını danışıb. Samir Bayramov bildirib ki, hər şey gözlənilmədən baş verib. Gəncə polisinin rəhbər şəxsləri ilk növbədə hücuma məruz qalıblar. Yaralı polisin sözlərinə görə ərazidə dinc əhali, körpə uşaqlar da var idi. Polislər də tapşırığa əsasən vəzifələrini yerinə yetiriblər. “Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar. Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular. Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım” - deyə Samir Bayramov bildirib. Samir Bayramov ictimai asayişi qorumağın daxili işlər orqanlarının hər bir əməkdaşının vəzifə borcu olduğunu söyləyib.

E.MƏMMƏDƏLİYEV

шаблоны для dle 11.2
Tarix: 14-07-2018, 09:05




Xəbər lenti