Ermənilərin cəbhədə təxribat planı... - TƏHLİL


Ermənilərin cəbhədə təxribat planı...
Rusiya və Ukrayna arasındakı münaqişə postsovet ölkələrində təhlükəsizliyi təhdid edən əhəmiyyətli problemlərdən biridir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, son zamanlar Rusiya və Ukrayna arasında yaşanan Kerç böhranı, ümumiyyətlə, Ukraynanın ərazi bütövlüyünə təhdid kimi görünən hərbi əməliyyatlar vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək mahiyyətdədir:

“Bu bölgədə yaşanan hər hansı bir problem ciddiləşərsə və hərbi müstəviyə keçərsə, postsovet ölkələrinə də təsirsiz ötüşməz. Biz buna Cənubi Qafqazda olan münaqişələr müstəvisindən baxaq. Burada Gürcüstanın ərazi bütövlüyünə təhdid, Cənubi Osetiya və Abxaziya məsələsi, eyni zamanda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktı var. Postsovet bölgəsində yaşanan hər hansı bir ciddi silahlı münaqişə Cənubi Qafqazda yaşanan problemlərə təsirsiz ötüşə bilməz. Hətta baş verənlər bu problemlərin yenidən qızışması üçün münbit şərait yarada bilər. Xüsusilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi məsələsi ətrafında müzakirələr aparılarsa, Ermənistanın atəşkəsi pozması ehtimalı var”.

Politoloq qeyd edib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı Paşinyan hələlik ölkə daxilində öz mövqeyini gücləndirməyə çalışsa da, qondarma dqr-dən ciddi müxalif səslər ortaya çıxır:

“Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağdakı separatçılar arasında yaşanan konflikt dekabr ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Qarabağda hərbi əməliyyatlara səbəb ola bilər. Bu, elə də genişmiqyaslı hərbi əməliyyat olmasa da, bir-biri ilə mübarizə aparan erməni tərəfləri daxili problemlərini “müharibə təhdidi” altında çözməyə çalışa bilərlər”.

Politoloq vurğulayıb ki, son zamanlar Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ separatçı-terrorçularının başçıları arasında ciddi polemika yaşanır:

“Yəni Ermənistan rəhbərliyinin bununla qondarma dqr-də Ermənistan ordusunun yerləşdiyini və cəbhə xəttini Ermənistan ordusunun qoruduğunu nümayiş etdirəcəyini istisna etmirəm. Bununla Paşinyan Qarabağ separatçılarını ram etmək üçün “güc onun tərəfində olduğunu” göstərməyə çalışa bilər”.
 
шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 09:55




Xəbər lenti