Xırdalan niyə xarabalığa çevrilib? - İH-dən və “Azərsu”dan açıqlama/ VİDEO+FOTO


Son günlər Xırdalan şəhərində əsas və ara yolların qazılması, üstəgəl, yağan yağışlardan sonra yolların palçıqdan keçilməz vəziyyətə düşməsi, kiçik göllərin yaranması sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrilib. 

Paytaxtın beşaddımlığında yerləşən bu şəhər ucqar kəndlərlə müqayisə olunur, acınacaqlı durumu əks etdirən video və fotolar paylaşılır. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticənin olmadığını, vəziyyətin günü gündən pisləşdiyini vurğulayırlar.   

Bəs Xırdalan şəhərində yolların bərbad vəziyyətə düşməsinin səbəbi nədir? Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov BakuPost-a açıqlamasında deyib ki, hazırda "Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Xırdalan şəhərinin su-kanalizasiya təminatının yenidən qurulması həyata keçirilir. S. Qasımovqeyd edib ki, bununla əlaqədar olaraq küçələr qazılır, kanalizasiya və su xətləri çəkilir: "Hansı küçədə iş bitirsə, kanalizasiya və su xətləri yoxlandıqdan sonra yolların torpaq örtüyü bərkidilir, sonra asfalt örtüyü çəkilir. Yollar qazıldığı və yağışlı hava olduğu üçün də istər-istəməz yollarda palçıq yaranır. Bu, Abşeron Rayon İcra Hakimiyyətini də narahat edir. Sadəcə, bu işlər layihə üzrə aparılır”. 
 
ÐÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изобÑажение

 
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı BakuPost-a açıqlamasında bildirib ki, Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. A. Cəbrayıllı nəzərə çatdırıb ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb:
 
"Layihənin birinci mərhələsi üzrə işlərə 2017-ci ilin iyul ayında başlanıb. Layihəyə əsasən, Xırdalan şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarının və anbarlardan şəhərə qədər 1000 mm diametrli borularla 4,5 km magistral su xəttinin tikintisi nəzərdə tutulur. Xırdalan şəhərində 168 km olan paylayıcı su şəbəkəsinin, 109 km uzunluğunda kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulub. Hazırda su və kanalizasiya şəbəkələrinin tikintisi intensiv qaydada davam etdirilir. Layihənin birinci mərhələsi üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ilin sonlarına yaxın başa çatdırılması planlaşdırılır. Layihənin növbəti mərhələsində Xırdalan şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi tamamlanacaq”.
 
ÐÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изобÑажение 
"Azərsu” ASC rəsmisi həqiqətən yağışlardan sonra Xırdalan şəhərinin bəzi küçələrində palçıqlı olduğunu gördüklərini bildirib: "Hazırda əksər küçə və dalanlarda asfaltlanmaya hazırlıq işləri gedir. Sadəcə, bu yağışlı havalar asfaltlama işlərinin aparılmasına imkan vermir. Çünki yağışlı havada yollara asfalt vurmaq olmur. Layihə idarəetmə qrupunun əməkdaşları, mühəndislərimiz daim orada nəzarətdədirlər. Düşünürük ki, yağışlar kəsəndən sonra Xırdalanda əksər yollarda asfaltlanma işləri yekulaşacaq. Yəni ərazi, küçə qazılmamışdan əvvəl hansı vəziyyətdə idi, həmin vəziyyətə gətirəcəyik. Əgər qazılmamışdan əvvəl asfalt idisə, asfaltlanacaq, qrabel-şebeldirsə, qrabel-şebel vurulacaq. Bu işlər 2019-cu illərin sonuna qədər yekunlaşacaq ”.


Çingiz

шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 10:01




Xəbər lenti