Xocalı faciəsini törədən sabiq nazir həbs edilir


Xocalı faciəsini törədən sabiq nazir həbs edilir

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açılıb. 

Cebhe.info-nun məlumatına görə, S.Ohanyan 2008-ci il 1 mart qırğının törədilməsində  ittiham olunur. Belə ki, həmin vaxt Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini tutan Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 300.1- Dövlətin konstitusion əsaslarını güc yolu ilə dəyişmək maddəsi üzrə ittiham irəli sürülüb.
"Aykakan Jamanax" qəzetinin yazdığına görə, Ermənistan Xüsusi İstintaq Xidmətindən bu xəbəri şərh etmək istəməyiblər. 

Seyran Ohanyan özü isə sözügedən məlumatla bağlı suala isə belə münasibət bildirib: "Hüquq-mühafizə orqanlarına müraciət edin. Cavab vermək istəmirəm". 

Xatırladaq ki, Ermənistanın eks-prezidenti Robert Koçaryan da analoji iş üzrə həbs edilib. 


шаблоны для dle 11.2
Tarix: 11-01-2019, 07:33




Xəbər lenti