Komitə İcra Hakimiyyətini vurdu, 16 mərtəbəli 3 binanın tikintisini dayandırdı: “Qanunsuzluqlar üzə çıxıb“


bitmap-img6




Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xətai rayonunda sakinlərin etirazına səbəb olan hündürmərtəbəli binanın tikintisi dayandırılacaq.

AzFakt.com xəbər verir ki, Dövlət Komitəsindən "Report”a verilən məlumata görə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki (Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığında) inşaat işləri ilə bağlı aparılan araşdırmalardan sonra tikintinin qanunsuz olduğu üzə çıxıb.

Bildirilib ki, sözügedən ərazidə yaşayış binasının tikintisinin həyata keçirilməsi üçün Dövlət Komitəsindən heç bir icazə sənədi verilməyib. 

Qeyd olunub ki, Xətai Rayon İcra Hakimiyyətinin həmin tikinti işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi əsasında həyata keçirildiyi barədə açıqlaması həqiqətə uyğun deyil: "Həmin tikinti ilə bağlı Dövlət Komitəsinə müraciət olunub. Amma müraciətə baxıldıqdan sonra tikintiyə icazə verilməyib. Bununla bağlı araşdırma aparılıb və tikintinin qanunsuz olduğu məlum olub. Bir daha deyirik ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığında) aparılan tikinti ilə bağlı Dövlət Komitəsi tərəfindən heç bir icazə sənədi verilməyib. Həmin ərazidə həyata keçirilən tikinti dayandırılacaq”.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində, Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığında aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Bir qrup şikayətçi sözügedən ərazidə aparılan tikinti işlərinin qanunsuz olduğunu bildirib. 

Şikayətçilərin sözlərinə görə, 16 mərtəbəli üç yaşayış binasının (Süleyman Vəzirov 17a, 17b və 17c) yanında aparılan tikinti işləri onların yaşadığı binaları da təhlükəyə məruz qoyub. Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə "Report"a açıqlamasında demişdi ki, ərazidə tikinti işləri Dövlət Komitəsinin icazəsi əsasında həyata keçirilir. Şöbə müdiri Dövlət Komitəsinin ərazidə tikinti işlərinin aparılmasının qanunauyğun olduğu barədə qərar qəbul etdiyini bildirmişdi. O, bütün sənədlərin qaydasında olduğunu və tikinti işlərinin "AZENN Group” MMC inşaat şirkəti tərəfindən həyata keçirildiyini qeyd etmişdi...                                                                            
шаблоны для dle 11.2
Tarix: 19-04-2019, 21:24




Xəbər lenti