Nəsimi rayonunda “abadlıq“ talanı - Fotolar

Nəsimi rayonunda “abadlıq“ talanı - Fotolar


Tarix 15.05.19, 11:36

Font ölçüsü : - / +

bitmap-img6




Nəsimi rayon 1-ci mikrorayonunda abadlıq adı altında dövlətin pulları "havaya sovrulur".
 
Siam.az xəbər verir ki, qlobal.az-ın əldə etdiyi məlumata görə rayonun Məmmədcəfər Cəfərov küçəsində yerləşən yaşayış binalarının həyətində daşların, bordürlərin döşənməsi, qazonların əkilməsi, ərazidə olan binaların arxa hissəsinin fasadlarının boyanması işlərinə sərf olunan yüz minlərlə vəsait boşuna xərclənmış hesab edilər bilər. Buna səbəb isə "pilot layihə" çərçivəsində bu ərazidəki yaşayış binalarının yaxın zamanlarda söküləcəyinin gözlənməsidir.
 
Məlumata görə yaxın zamanlarda söküləcəyi gözlənilən yaşayış binalarının rənglənməsi, həyətə yeni daşların döşənməsi əslində sakinlərin istirahətinə yox, büdcədən ayrılan külli miqdarda vəsaitin mənimsənilməsinə hesablanıb. 
 
Digər maraqlı məqam isə təmir olunan ərazidə mini futbol stadionunun tikilməsidir. 
 
İddia olunur ki, istifadəyə veriləndən sonra ödənişli olacaq stadionun artıq satıldığı deyilir.
 
Doğrudan da maraqlıdır, "pilot layihə" çərçivəsində yaxın zamanlarda söküləcək bu binaların fasadının təmirini, binaların həyətlərini dövlət hesabına təmir etdirmək, kimlərin, hansı məmurların "ideya"sıdır..?
 
Mövzu ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq, lakin mövqe bildirilmədi.
 

 

 

 

 

 




шаблоны для dle 11.2
Tarix: 15-05-2019, 15:25




Xəbər lenti