Ziyafət Əsgərov müxalifəti təhqir etdi – “Bunlar əxlaqsız adamlardır”

“Azərbaycanda müstəqilliyin ilk illərində avanturist, səriştəsiz adamlar hakimiyyətə gəlib ölkəni pis vəziyyətə qoymuşdular”.

“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, həmin adamlar indi hakimiyyətə can atır, sosial şəbəkələrə ağızlarına gələni yazırlar: “Belə insanlar indi yenidən gəlib Azərbaycana rəhbərlik etmək istəyirlər. Sosial şəbəkələrdə böhtan, təhqir yayırlar. Bunlar əxlaqsız adamlardır, onların hərəkətləri əxlaqsızlıqdır. Düzdür, mən burada bu ifadəni işlətmək istəməzdim, ancaq bunu deməyə məcburam”.

шаблоны для dle 11.2
Tarix: 24-05-2019, 23:31




Xəbər lenti