Elçibəyin qardaşı oğlu birlik yürüşü hazırlayır


Bütün müxalifət qüvvələrinin rəhbərləri ilə danışıqlar aparılır

24 iyun Türklük Günü və Əbülfəz Elçibəyin doğum günü ilə əlaqədar birlik yürüşü keçirmək, həmçinin Vahid Milli Güc İttifaqının qurulması ilə bağlı Elçibəyin qardaşı oğlu, Bəyaz Hərəkat Təşkilat Komitəsinin sədri Hürrü Əliyev ölkədəki siyasi qüvvələrlə görüşlər keçirir. Bu barədə Hərəkatdan verilən məlumatda deyilir ki, iyunun 13-də Hürrü Əliyev AXP sədri, sabiq baş nazir Pənah Hüseynlə görüşüb. Elçibəy, millət, vətən, bayraq məsələsində heç şərt qoymadan bütün təşəbbüs və fəaliyyəti dəstəklədiyini ifadə edən P.Hüseyn rəhbərlik etdiyi partiyanın birlik yürüşündə iştirak edəcəyini bildirib.

Bundan öncəki günlərdə isə H.Əliyev Milli Düşüncə Mərkəzinin (MDM) rəhbəri İsa Qəmbərlə, KXCP sədri Mirmahmud Mirəlioğlu ilə görüşüb. Görüşdə İsa Qəmbər və M.Mirəlioğlunun Bəyaz Hərəkatın birlik layihəsinə yüksək münasibət bəsləyərək təqdir etdiklərini və birlik yürüşündə iştirak edəcəkləri vədlərini verdikləri bildirilir. Yürüşlə yanaşı həmçinin VMGİ-nin qurulmasına dair ilkin razılıq da əldə olunduğu qeyd edilir.

Daha bir görüş isə Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında Azərbaycan Xalq Hərəkatının (AXH) dönəm sədri, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu, AXH İdarə Heyətinin üzvü, Alov Partiyasının sədri Rza Səfərsoy, AXH İdarə Heyətinin üzvü, Azad Azərbaycan Partiyasının (AAP) sədri Həsən Həsənov və AXH İdarə Heyətinin üzvü, ALDP sədri Fuad Əliyevlə keçirilib.

AXH İdarə Heyətinin üzvləri 24 iyun birlik yürüşünə dəvəti qəbul etdiklərini bildiriblər.

Görüşdə birlik yürüşündə və AXH-nin 20 iyula təyin etdiyi Qarabağ mitinqində birgə iştirakla bağlı ilkin razılıq əldə olunub.


“Yeni Müsavat”

шаблоны для dle 11.2
Tarix: 14-06-2019, 08:16




Xəbər lenti