Azərbaycan: Hansı ölkələrlə sərhəd problemi var?


Azərbaycan: Hansı ölkələrlə sərhəd problemi var?

Xəbər verildiyi kimi iyunun 17-18-də Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası keçiriləcək. 

Azərbaycan Xarici İşlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bu haqda bildirib. O, deyib ki, demarkasiya uzun bir prosesdir. Ona görə də Rusiya ilə Azərbaycan arasında demarkasiya üzrə danışıqlar 3-5 il davam edə bilər. Maraqlıdır, Azərbaycanın hansı ölkələrlə sərhəd problemi qalmaqdadır? 

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev Cebhe.info-ya açıqlamasında deyib ki, ən böyük problem Ermənistanladır. Digər qonşu dövlətlərlə nisbi problemlər var ki, onlar da danışıqlarla həll olunacaq: 

“Rusiya ilə sərhəd məsələsində elə bir anlaşılmazliq yoxdur. Sadəcə bir neçə xırda məsələlər qalmaqdadır ki, bunlar yaxın zamanda danışıqlarla, qarşılıqlı güzəştlər çərçivəsində həll olunacaq. İclasdan sonra çox güman ki, görüşün ümumi nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Təbii ki, ən böyük problemimiz Ermənistanladır. Ərazilərimizi işğal ediblər. Rusiya və Gürcüstanla quruda, Xəzərətrafı ölkələrlə dənizdə sərhəd xəttinin müəyyən edilməsi üzrə danışıqlar aparılır və onlarla da məsələnin həlli yolları araşdırılır. Əminəm ki, Xələf Xələfov kimi təcrübəli və bu sahənin peşəkarı olan bir diplomatın yenidən prosesə cəlb olunması məsələnin həllini daha da tezləşdirəcək”. 


шаблоны для dle 11.2
Tarix: 14-06-2019, 13:51




Xəbər lenti