Paytaxtda da 3000 manat cərimə,bölgələrdə də?..

 

Xalıqverdi Hüseynov niyə narazılıq yaradır?- Paytaxtda da 3000 manat cərimə,bölgələrdə də?..

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin fəaliyyəti ilə bağlı narazılıq getdikcə artmaqdadır.

Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, departamentin əməkdaşları bölgələrdə əməlli-başlı "at oynadırlar”. Vay o gündən ki, hansısa bir kənd sakini həyətyanı sahəsində və ya darvazasının qarşısında qurumuş əncil, gavalı, gilas, alma, armud ağacını kəsə. Dərhal adıçəkilən departamentin yerli şöbəsinin əməkdaşları özlərini yetirir və yaşıllığın məhv edilməsi, ekoloji tarazlığın pozulması adı altında nəinki 100-200 manat, hətta 2000-3000, bəzən də daha iri məbləğdə cərimə yazırlar. Bu məbləği ödəməyə imkanı olmayan kasıb kənd adamları sonda çıxılmaz duruma düşür və nəticədə, həmin təbəqə hakimiyyətdən incik salınır.Daha nəzərə alınmır ki,bu cür şəxslər maddi imkansızlıq ucbatından işlətdikləri qazın ,işığın pulunu ödəməyə çətinlik çəkirlər.İndi onlar yaşamaq xatirinə həyətindəki quru ağacları da kəsməsin,neyləsinlər? Bu məsələnin qanunla yenidən tənzimlənməsinə ehtiyac var.

Reportyor.tv  onu da bildirir ki, ekoloji vəziyyətin daha acınacaqlı olduğu paytaxt Bakıda mütəmadi olaraq yaşıllıqlar kütləvi şəkildə məhv edilir, yerinə göydələnlər, ticarət və iaşə obyektləri tikilir. Artıq bir çox küçə və prospektlərdə yaşıl ağaclar  "daşlaşdırılmış" kafelər, ticarət mərkəzləri və digər bu tipli obyektlərlə əvəzlənib. Küçə və prospektlərdə milyonlarla vəsait hesabına salınmış yaşıllıqların və qiymətli ağacların məhv edilməsinə də 3000 cərimə,kənd yerlərində həyətyanı sahələrdə şəxsi vəsaiti hesabına ərsəyə gətirilmiş və sonradan qismən qurumuş ağaclara da o qədər cərimə? Belə yanaşma nə dərəcədə ədalətlidi, ETSN-nin səlahiyyətliləri bu barədə bir daha fikirləşsinlər. 

 Təəssüf doğuran hal odur ki,aidiyyatı şəxslər,o cümlədən Ətraf Mühitin Mühafizəsi  Departamentinin direktoru Xalıqverdi Hüseynov və onun əməkdaşları bölgələrdən fərqli olaraq,paytaxtakı  "yaşıl soyqırım"ın baş verdiyi belə yerlərdə gözə dəymirlər. Səbəbi də yəqin ki, hər kəsə məlumdur.

Məsələ ilə bağlı Xalıqverdi Hüseynovla dəfələrlə telefon əlaqəsi saxlamağa cəhd göstərsək də,mövqeyini öyrənmək mümkün olmadı.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir...

Növbəti yazımızda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyevin rüşvət mexanizmi haqqında geniş məlumat verəcəyik

шаблоны для dle 11.2
Tarix: 14-08-2019, 17:11




Xəbər lenti