“Onlar öndər olaraq Cəlal Əliyevi seçirlər” - Mirşahin





“Onlar öndər olaraq Cəlal Əliyevi seçirlər” - Mirşahin“Məncə, hər şey aydındır. Mən xaricdə Azərbaycana qarşı aparılan kampaniyanı terror elan etmişəm”.

Savash.org xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bu gün keçirilən iqqtidar-müxalifət görüüşündə deyib. O, bildirib ki, mühacirlərdən danışmaq niyyəti yoxdur:

“Söhbət sosial mühacirlərdən gedir. Mühacirlərin götürəcəyi nümunə Rəsulzadədir. Amma onlar öndər olaraq akademik Cəlal Əliyevi seçirlər.

Fikrimcə, dövlət müstəqilliyi ilə vətəndaş mütəqilliyi arasında seçim var. Mən dövlət müstəqilliyini seçirəm. Dövlət müstəqqilliyi olmasa vətəndaş müstəqilliyi də olmaz.

Mən jurnalistləri, nüfuzlu insanları ortaya fərdi mövqe qoymağa çağırıram. Azərbaycan müstəqilliyinə xarici təsirlərə hər bir kəs cavab verməli, dövlətin yanında olmalıdır”.
шаблоны для dle 11.2
Tarix: 11-09-2019, 17:13




Xəbər lenti