“Azərbaycanın növbəti cavabı mərmilərlə davam edəcək” - politoloq


“Valday”dan verilən bəyanatların Qarabağ məsələsinə necə təsiri olacaq?

Rusiya-Ermənistan münasibətlərində soyuqluğa dəlalət edən səbəblər və şərtlər son ilyarımda özünü aşkar göstərir. Belə hallardan sonuncusu  “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçi sammitində müşahidə olundu. Sammitdə Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin, xarici işlər naziri Sergey Lavrovun Ermənistanla və Qarabağ məsələsi ilə bağlı açıqlamalarının Qarabağ məsələsinin həllinə, sülh danışıqların hansısa təsirinin olub-olmayacağı mövzusu müzakirə edilməkdədir.

Siyasi analitiklərin fikrincə, Ermənistan artıq elə bir vəziyyət yaradıb ki, Sergey Lavrovu belə narazı salıblar. Artıq Rusiya Ermənistanla təzyiq yolu ilə danışmağa başlayıb.

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a şərhində bildirdi ki, “Valday” sammitində Rusiya prezidentinin çıxışı Ermənistandan razı olmadıqlarının göstəricisi idi. Azərbaycan prezidentinin Nikol Paşinyana tutarlı cavabı isə təbiidir. Paşinyan baş nazir olandan dediyi sözlər, etdiyi hərəkətlərlə Azərbaycanın sinirləri ilə oynayır. Ancaq Ermənistan hakimiyyətinin davranışlarından belə görünür ki, onlar Qarabağ məsələsində müxtəlif beynəlxalq səviyyəli tribunalardan verilən bəyanatlarla Qarabağ məsələsində konstruktiv mövqeyə gəlmək niyyətində deyillər.

Ermənistan praktiki zərbə görməyincə nə real nəticə verən sülh danışıqlarına gedəsi deyil, nə də Qarabağ məsələsində geri addım atmayacaq: “Ona görə də ümid edirəm ki, bu yaxınlarda Paşinyanlara, Tonoyanlara cavabın silahlı vazasına keçməyin şahidi ola bilərik.  Azərbaycan hakimiyyətinin növbəti cavabı mərmilərlə davam edəcək. O ki, qaldı Rusiyanın ermənilərə narazılığına, bu, heç də Ermənistanın Qarabağı azad etmək istəməməyinə görə deyil. Paşinyan Putinin dostu Köçəryanı həbsdən çıxartmaq istəmir. Paşinyan Ermənistanda Rusiyanın dostlarını həbs etdirir, tutduğu vəzifələrdən azad edir, əmlaklarına həbs qoyur. Putin və Lavrov bu tendensiyadan narazıdır. Kreml bilir ki, Paşinyan Ermənistanı Moskvanın adamlarından təmizləyəndən sonra, Dağlıq Qarabağı da Kremldən azad etmək istəyir. Təbii bütün bunlar Rusiyanın ciddi narazılığına səbəb olur. Paşinyanın Qarabağ məsələsində də göstərdiyi destruktiv mövqe də Rusiyanın maraqlarına cavab vermir. Moskva istəyir ki, status-kvo qalsın, bölgədə müharibə alovlanmasın. İrəvanın mövqeyi isə müharibəni hər yaxınlaşdırır. Yeni erməni iqtidarının sərgilədiyi diletant mövqe Azərbaycan üçün müharibədən başqa heç bir yol qoymur”.

Politoloq hesab edir ki, Sergey Lavrovun anti-Ermənistan bəyanatı Moskvanın İrəvana mesajdır “bizim də səbrimiz əbədi deyil” mesajıdır. Lavrov Rusiya hakimiyyətində Ermənistana ən yaxın adamdır onun dili ilə İrəvana mesaj verilməsini Putinin ermənilərə xəbərdarlığı kimi də qiymətləndirmək olar: “Putin bununla Paşinyana deyir ki, Köçəryan başda olmaqla dostlarıma təzyiq və təqibə son qoymasan səni cəzalandıra bilərəm. Odur ki, Lavrovun bəyanatının bundan sonra Qarabağ məsələsində danışıqlar prosesinə heç bir müsbət təsirinin olmayacağı ehtimalı böyükdür. Çünki nə ruslar, nə də ermənilərin Azərbaycana torpaqlarını qaytarmaq fikirləri yoxdur. Rəsmi Bakı Moskva-İrəvan ziddiyyətlərinin dərinləşməsinə təkan verib bu vəziyyətdən maksimum xeyrimizə istifadə etməlidir”.


шаблоны для dle 11.2
Tarix: 7-10-2019, 09:06




Xəbər lenti