Siyahıya alınma BİZNESİ... - "JEK"lərin siyahısını yeniləməklə yetiniblər...


Siyahıya alınma BİZNESİ...
Məlum olduğun kiimi , sabah Azərbaycanda əhalinin siyahıyaalınması başa çatacaq.
Qeyd edək ki, sayca 3-cü siyahıyaalınma prosesinə oktyabrın 1-dən başlanılıb.

Bildirək ki, siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub. Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək.

Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

DİA.AZ xatırladır ki, Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunurdu ki, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatda isə konkret ittiham irəli sürülüb. Belə ki, bilgili qaynaqdan daxil olan informasiyaya görə, sözügedən proses üçün dövlət büdcəsindən ayrlan vəsait rəsmən mənimsənilib.

Mənbənin dia.az-a söylədikləri: "Hər halda, tək-tük adam iddia edə bilər ki, əhalinin siyahıya alınmas prosesindən xəbərdar olub. Yalnz telekanallarda müşahidə olunan reklamlarla yetinməklə konkret olaraq büdcədən ayrılan vəsaitin demək olra ki, hamısı mənimsənilib".

Mənbə dia.az-a aşıqlamasında bildirir ki, Statistika Komitəsi əslində bu prosesdə MİS-lərin siyahısını yenidən kağıza köçürməklə böyük miqdarda - hətta işçilərə ayrlan qonorar vəsaiti də daxil olmaqla - külli miqdarda vəsaiti mənimsəyib.

Səsələnən ittihamlarla bağlı Dövlət Statistika Komitəsindən məlumat ala bilməsək də, qarşı tərəf olaraq fikirlərini yaymağa hazırıq...
шаблоны для dle 11.2
Tarix: 9-10-2019, 22:52




Xəbər lenti