Araz Əlizadə hansı millətə, xalqa mənsubdur, özü bilər, amma Azərbaycan xalqı adından danışmaq onun səviyyəsinə uyğun deyil”.

 

Həmkarları Araz Əlizadəni ağ yuyub, qara sərdi

İki gündür parlamentin deputatları söyüşcül həmkarları Araz Əlizadəni ağ yuyub, qara sərir. Onun Nuru Paşanın 1918-ci ildə Azərbaycanda pul müqabilində döyüşdüyünü və azərbaycanlılarla türklərin heç bir qan bağının olmadığını deməsi, nəhayət, susqunları hərəkətə gətirib. Maraqlı orasıdır ki, bu, Araz Əlizadənin ilk belə çıxışı deyil. O dəfələrlə bənzər şəkildə milləti aşağılayıb və parlamentdəki həmkarlarından da heç bir cavab almayıb. İndi birdən-birə MM-nin xor kapellası uca səslə danışmağa başlanıb. Dünənə kimi ağzına su alıb duran icazəli qəhrəmanlar həmkarlarını layiq olduğu ən sərt ifadələrlə tənqid və təhqir etməkdən çəkinmirlər.
YAP-çı deputat Məlahət İbrahimqızının ardınca həmkarı Musa Quliyev Əlizadənin cavabını verib. O deyib ki, Əlizadə hamının adından danışmaqda böyük səhv edib: “Araz Əlizadə yalnız öz adından danışa bilər. Azərbaycan xalqı oğuz elinə mənsub, köklü türk xalqıdır. Bizim mədəniyyətimiz, mənəvi və tarixi dəyərlərimizlə yanaşı, həm də dilimiz türk dilidir. Əlbəttə, ölkəmizdə fərqli köklərə mənsub xalqlar yaşayır, amma Azərbaycanın əsasını türklər təşkil edir. Araz Əlizadə hansı millətə, xalqa mənsubdur, özü bilər, amma bütövlükdə Azərbaycan xalqı adından danışmaq onun səviyyəsinə uyğun bir iş deyil”.

Deputat Fazil Mustafa da həmkarını tənqid atəşinə tutub: “Nuru Paşa və türk ordusu Azərbaycana məhz xalqımızı xilas etmək üçün gəlmişdi. Hesab edirəm ki, Araz Əlizadə bu fikirləri məqsədyönlü şəkildə söyləyib… Biz özümüz də dəfələrlə həmkarımıza türklərlə bağlı fikirlərinin yanlış olduğunu söyləmişik. Bunu bir neçə dəfə Milli Məclisdə də qaldırdıq. Hesab edirəm ki, artıq bu məsələni gündəmdə saxlamağın heç bir mənası yoxdur”. Parlament üzvlərindən Əlizadəni ən kəskin tənqid edən həmkarı Fəzail Ağamalı olub. O, həmkarının ünvanına ağır ittihamlar səsləndirib: “Uzun illərdir bu adamın türklərə qarşı açıq və gizli şəkildə nifrəti özünü göstərməkdədir. Bu şəxs türk deyil. O etnikdir, farsdan törəmədir. Ona görə də, türk dövlətlərinin mövqeyi artdıqca, türk dövlətləri arasında münasibətlər yüksək səviyyəyə qalxdıqca, Azərbaycanın Türkiyə ilə münasibətləri ən yüksək səviyyədə inkişaf etdikcə, bu şəxs son dərəcə narahatlıq keçirir, buna qısqanclıqla yanaşır. Deyirlər ki, parlamentdə bu şəxslə bağlı məsələ qaldırılsın. Tutaq ki, bunu etdik, nə nəticəsi olacaq? Bu şəxs düzələn deyil. Bir daha təkrar edirəm ki, onun Azərbaycan türkünə, türk dünyasına qarşı antipatiyası var. Bu antipatiya da genetik kodlardan irəli gəlir. Bildiyim qədəri ilə o Azərbaycan türkü deyil. Ata tərəfi ya fars dili, ya da farsdilli xalqlardandır. Bu baxımdan genetikası ilə farsların yanındadır. Həm də o farsların ki, həmin farslar Azərbaycan türkünə qarşı hər zaman həqarətli hərəkətlər edirlər. Bu gün də etməkdədirlər. Onların daşıyıcılarından biri də Araz Əlizadədir. O yatanda üzü farsa tərəf yatır, yəni türklərə tərəf deyil”.
Dəfələrlə yazmışıq, təkrar-təkrar milli hissləri qızışdıran fikirlərlə çıxış edən Araz Əlizadənin cavabı çoxdan verilməli idi. Parlamentin İntizam Komissiyası belə, çoxdan onun cəzalandırılma məsələsini müzakirəyə etməliydi. Bütün bunlar xeyli gecikib və həmkarları da ancaq yuxarılar icazə verdikdən sonra dilə gəliblər. Buna da şükür, gec olsa da, hər kəsin gözü çıxmış qardaşdan ibrət alması pis olmaz.  

Siam.az

шаблоны для dle 11.2
Tarix: 7-11-2019, 16:05




Xəbər lenti