Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…

       
Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…
Ölkəmizdə bələdiyyə seçkilərinə hazırlıq sürətlə davam edir.

Əlbətdə ki, bələdiyyə sədirliyinə iddialı olanlarda az deyil. Gəlin ötən günlərə nəzər salaq və bələdiyyə sədrlərinin üzərinə düşən mühüm vəzifələri analiz etməklə yanaşı, fəaliyyətlərini və bu kimi görülən işləri nəzərdən keçirək. Dosye.org apardığı araşdırmalarına görə, bir çox bələdiyyə sədrlərinin fəaliyyətlərində ciddi nöqsanlar olmaqla yanaşı, şəxsi mənafeylərinə daha çox üstünlük verildiyi aşkarlanıb. Götürüək Xırdalan bələdiyyə sədri Eldar Əhmədovu. Bu şəxs haqqında kifayət qədər tutarlı məlumatlar dərc etmək olar. Bir faktı nəzərinizə çatdıraq ki, qanunvericilikdə nəzərdə tutulub ki, bələdiyyələr müstəqil qurum kimi fəaliyyət göstərməlidir.

Bələdiyyə orqanları – səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Lakin bütün bunlara rəğmən Xırdalan bələdiyyə sədri Eldar Əhmədov bələdiyyə haqqında nizamnaməni kobud şəkildə pozaraq, birbaşa hektarlarla satılan qanunsuz torpaqlara rəhbərlik edib. Dosye.org-a danışan mənbə vurğulayır ki, “Quşçuluq” massivi deyilən ərazidə bütün sənədsiz torpaqları sakinlərə məhz Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov satıb. Bu azmış kimi rayondan gələn vətəndaşlardan 3000-5000 (min) manat alaraq onlara torpaq verəcəyinə vədlər verib.

Hətta məlumatlarda o da bildirilir ki, əkin sahələri üçün nəzərdə tutulan torpaqlar məhz E. Əhmədov tərəfindən satılıb. Bir sözlə, bələdiyyə sədri sədr kimi deyil, “makler” kimi yüksək səlahiyyətlərə malik olduğu aydın görünür. Əldə etdiyimiz dəqiq maəlumatlara görə, Eldar Əhmədov yenidən bələdiyyə sədirliyinə “real namizəd” kimi bütün namizədləri qabağlayır. Xırdalan sakinləri söhbət zamanı bizə bildirdilər ki, əgər seçkilər tam şəffav və dürüst keçiriləcəksə biz öz namizədimizə səs verəcəyik. Əlbətdə ki, seçkilər müşahidəçilərin və jurnalistlərin birgə iştiraki ilə keçiriləcəyinə ümüd edirik. Dosye.org olaraq bir daha nəzərinizə çatdırırıq ki, Xırdalanda və digər ərazilərdə məntəqələr əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanılacaq. Hər hansı bir qanunsuzluq baş verəcəyi təqdirdə dərhal saytımız tərəfindən ictimailəşəcək.
шаблоны для dle 11.2
Tarix: 4-12-2019, 21:35




Xəbər lenti