Kollegiya sədrindən “millət vəkili” ifadəsinə etiraz: "Əsl millət vəkillərini tanıyın...Heç kim inciməsin"



Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Milli Məclisin deputatlarının ictimaiyyət tərəfindən “millət vəkili” adlandırılmasına münasibət bildirib. 

A. Bağırov bunun yolverilməz olduğunu vurğulayıb.

“Qanunvericiliyə əsasən özünü kim vəkil adlandıra bilər? Həmişə demişəm və bir daha təkrarlayıram, Azərbaycanda vəkillər müddətsiz seçilir, vəkillərimiz insanların hüquq və azadlıqlarını peşəkarcasına müdafiə edirlər. Ona görə də qanunvericiliyə görə istisnasız və müstəsna olaraq yalnız və yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil adlanır, bu müqəddəs ad yalnız onlara aiddir. Heç kim inciməsin, ancaq əsl vəkillərin kimliyi qanunla müəyyən olunub. Parlamentin seçilən üzvləri qanunla deputat adlanırlar, onlara dair qanunvericilikdə vəkil sözü işlədilmir və bunu hər kəs dərk etməlidir. Hüquqi maarifləndirmə: beləliklə, əsl millət vəkillərini tanıyın. Özünü vəkil adlandırmaq istəyən Vəkillər Kollegiyasına üzv seçilsin”, – deyə, sədr qeyd edib.

шаблоны для dle 11.2
Tarix: 13-01-2020, 22:46




Xəbər lenti