“Qarabağa gedən cəmi bir turist avtobusu dronla vurulsa, turist axınına son qoyular...”


Cümşüd Nuriyev: “Bu gün parlamentə düşmək istəyənlərin çoxunun yadına Qarabağ düşmür”




Xəbər verdiyimiz kimi, bu günlərdə Qarabağdakı separatçı rejimin Moskva təmsilçisi qondarma “respublika”ya turist axının ildən-ilə artdığı, ötən il bu rəqəmin 42 min olduğu ilə bağlı açıqlama yayıb.

 

Maraqlıdır, Qarabağa qanunsuz turist axınını önləmək, işğaldakı torpaqların düşmən üçün iqtisadi güc mərkəzinə çevrilməsinin qarşısını almaq üçün hansısa addımlar atmaq mümkündürmü? Qarabağ cəbhəsində hərbi müstəvidə müəyyən hərəkətliliyin təmini, qorxu mühitinin yaradılması turist axını önləyə, bu torpaqlarda qanunsuz məskunlaşmaların qarşısını qismən də olsa ala bilərmi?

 

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu məsələyə xüsusi diqqət yetirməyin vacib olduğunu vurğuladı:

 

“Qarabağa il ərzində 42 min insanın səfər etməsi inandırıcı deyil. Çox güman ki, bu, süni şəkildə artırılan, publikaya hesablanan bir rəqəmdir. Lakin məsələ bundadır ki, əgər Qarabağa 100 nəfər də gəlsə, bu, bizim üçün böyük və narahatverici rəqəm olmalıdır. Ermənilərin Laçında, Şuşada. Digər işğal edilmiş rayonlarda müxtəlif layihələr həyata keçirdiyi məlumdur və bu, bizi narahat etməyə bilməz.

Hesab edirəm ki, əgər biz dronlar vaitəsi ilə çəilişlər aparıb cəmi bir dəfə Qarabağa gedən bir turist avtobusunu vursaq, ora kimsə gəlməz. Ermənilər öz bildiyini edir, biz isə hələ də gözləmə mövqeyindəyik. Təbii ki, hansısa formada ermənilərə qarşı addımlar atılmalı, düşmənə zərbə endirilməlidir.

 

Bu gün hamı seçkilərə qoşulub. Hamı deputat olmaq istəyir. Ancaq Qarabağdan olan namizədlər Qarabağ haqqında fikirlər söyləyirlər. Qalan namizədlərin böyük əksəriyyətinin Qarabağ yadına düşmür. Bu, böyük bir faciədir. Əgər ölkənin parlamentinə düşmək istəyənin Qarabağ yadına düşmürsə, deməli, Azərbaycanı çox böyük faciələr gözləyir.

 

Niyə bu məsələni siz qaldırısız, amma digər saytlar, media orqnaları qaldırmır? Ölkədə qeydiyyatdan keçən bunca partiyalar, QHT-lər var, onlar hara baxır? Niyə səslərini çıxarmırlar? Bəs hanı sözdə xalq üçün canından keçənlər, niyə bu məsələləri qaldırmırlar? Xaricdə bu qədər telekanallar var. Bu kanallarda hər şeydən bəhs olunur, söyüşün biri də bir qəpikdir. Niyə bu kanalların biri bu haqda danışmır?

 

Dünyaya açılmaq, Azərbaycan həqiqətlərini dünyaya yaymaq, ağıllı siyasət yürütmək lazımdır. Hayqırmaq, dünyaya səs salmaq lazımdır. Qarabağın unudulmasına, insanların inamının azalmasına imkan vermək olmaz!”

 


шаблоны для dle 11.2
Tarix: 21-01-2020, 21:25




Xəbər lenti