“İşğal olunmuş ərazilərdən ordunun çıxarılması üçün sizə neçə gün lazımdır..?”






“Budur, nəhayət təkbətək qaldıq- Ermənistan, Azərbaycan və Koronavirus”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

“Bir həftə  əvvəl ATƏT-in şəxsi nümayəndəsi Kaspişik çıxıb getd. NATO, KTMT, Aİ, MDB ölkələri sərhədləri bağladılar və bir-biri ilə kommunikasiyanı dayandırdılar. Maraqlıdır ki, İtaliyaya köməyi Çin, Rusiya və Kuba edir. Avropa Birliyinin üzvü olan Çexiya isə İtaliyaya göndərilən humanitar yardımı mənimsəyib”.

T.Zülfüqarovun sözlərinə görə, maliyyə analitiklərinin fikrincə, pandemiyaya görə, ABŞ ÜDM illik 30 faizi enə bilər. Onun sözlərinə görə, cavab sadədir: Pandemiyaya qədər mövcud olmuş beynəlxalq münasibətlər sistemi dağılıb: “Böhran bitəndən sonra münasibətlərin yenə əvvəlki tək düzələcəyini güman etməyə heç bir əsas yoxdur”.

Sabiq nazirin sözlərinə görə, bu günün reallığı belədir ki, erməni-azərbaycanlı münaqişəsində situasiyaya nufuz edəcək iki oyunçu qalıb. Bunlar Ermənistan və Azərbaycandır: 

“Fikrimcə, bir-iki həftədən sonra Azərbaycanın Ermənistana verəcəyi bu sual aktual olacaq: “İşğal olunmuş ərazilərdən ordunun çıxarılması üçün sizə neçə gün lazımdır?”
шаблоны для dle 11.2
Tarix: 25-03-2020, 09:56




Xəbər lenti