Koronavirus nədir, özünü necə qorumalı?-VIDEO


bbc koronavirus

Qızdırma ilə başlayan və quru öskürəklə müşayiət olunan xəstəlik dünyaboyu bir çox insanın ölümünə səbəb olub. Koronavirus barədə ətraflı məlumat bu yazıda:Koronavirus nədir və nə dərəcədə narahat olmalı?

BBC News Azərbaycanca koronavirusa yoluxub-yoluxulmamağı, bununla bağlı analizin məkanı və həkimə müraciətlə bağlı 5 suala cavab hazırlayıb: Azərbaycanda koronavirus analizi üçün hara müraciət etməli? 5 suala cavabda

Koronavirus bədənə necə təsir edir? O bədənə necə hücum edir, niyə bəzi insanlar bu virusdan ölür və bu virusa yoluxanlar necə müalicə olunur? Koronavirus bədənə necə təsir göstərir?

Koronavirusla bağlı məhdudiyyətlər Azərbaycanda bizneslərə necə təsir göstərib? Bu yazıda oxuyun: "Çıxılmaz vəziyyətdəyik", - xidmət sahəsinin işçi və sahibkarları hökumətdən yardım istəyir

Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranda boşalmış küçələrdən şəkillərlə bu yazıda tanış ola bilərsiniz: Koronavirus: Azərbaycan və qonşularında boşalan küçələr

Çindən sonra koronavirusun ən çox yayıldığı və ən çox ölüm hallarının qeydə alındığı İtaliya bu həftə ölkə boyunca karantin elan edib. Bəs görəsən İtaliyada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vəziyyəti necədir? BBC News Azərbaycanca onlarla söhbət əsasında bu videonu hazırlayıb: İtaliyadakı azərbaycanlı tələbələrdən ölkəyə qayıtmaq istəyənlər var

Tədqiqatçılar düşünürlər ki, koronavirusa yoluxmuş hər 1000 nəfərdən 5-lə 40 arasında adam, daha yaxşı təxmin ilə hər 1000 nəfərdən 9-u və ya təxminən 1 faizi ölümlə üzləşəcək. Bu yazıda oxuyun: Koronavirus: ölmək ehtimalı nə qədərdir?

Bu yazıda özünüzü koronavirusa yoluxmaqdan qorumaq üçün fotoşəkilli izah təqdim olunur: Koronavirus: Qorunmaq üçün nə etməli?

Əgər bu barədə video izləmək istəyirsinizsə, bu videonu izləyin.

Video açılmırsa YouTube-dan izləyin.

Maskalar koronavirusdan qoruyurmu? Koronavirus: maskaları kim, harada və necə taxmalı?

Azərbaycanda koronavirusla bağlı hansı tədbirlər keçirilir?

Azərbaycanın Baş epidemioloqu İbadulla Ağayevin koronavorusla bağlı məsləhətləri.

Video açılmasa, YouTube-da izləyin.

Azərbaycanın Baş infeksionisti Cəlal İsayev də bizə koronovirusa qarşı görülən tədbirlərdən, bu virusun hansı temperaturda məhv olmasından, bu virusla ev şəraitində mübarizədən danışıb. Baş infeksionist koronavirusla bağlı: "Hazırda bu viruslara qarşı təsiredici preparat yoxdur"

Masallı Mərkəzi Rayon Xəstəxanasında 11 gündür ki, karantində saxlanılan şəxslər isti su olmadığı üçün çimə bilməməkdən şikayətçidirlər. "19-20 gündür çıxmışam evdən. İsti su yoxdur, paltarlarımı dəyişməmişəm", hazırda Masallıda karantində saxlanılan Ədalət Muradov BBC News Azərbaycancaya deyir. Ətraflı: Masallıda karantində saxlanılanlar: "Çimmək istəyirik"

Astarada karantində saxlananlar da vəziyyətlərindən şikayət etmişdi. "Bizi burada virusa yoluxduracaqlar", Astara Mərkəzi Xəstəxanasından videogörüntülər

"Journal of the American Medical Association" tibb jurnalında dərc edilmiş araşdırmada virusun əsasən 40-59 yaş aralığındakı şəxslərə yoluxduğu, uşaqların nadirən xəsləndiyi bildirilir. Bəs, bunun səbəbi nədir? Uşaqlar niyə koronavirusa yoluxmur?

Bəs böyük şəhərlərdə koronavirusa yoluxmaqdan necə yayınmaq olar? Böyük şəhərlərdə koronavirus: yoluxmadan yayınmaq olarmı?

Bu xəstəlik 10-dan çox ölkədə 3000-dən çox insanın həyatına son qoyub. Koronavirus infeksiyasına yoluxan təxminən 50 min insan sağalıb. Xəstələri necə müalicə edirlər? Bu barədə bu yazıda: Arbidol, iynəyarpaq və biyan kökü. Koronavirusu necə müalicə edirlər?

Bu virus maliyyə bazarlarını da çökdürüb. Koronavirus maliyyə bazarlarını çökdürüb. Ekspertlər dünya iqtisadiyyatı üçün təhlükə yarandığını deyirlər

Vəhşi təbiətdən qaynaqlandığı təxmin edilən koronavirus əvvəlcə heyvanlarda yaranan yoluxucu xəstəliklərlə bağlı riskin xeyli artdığını göstərir. İqlim dəyişikliyi və qloballaşma heyvanlarla insanlar arasında əlaqəyə böyük miqyasda təsir etdiyi üçün ehtimal olunur ki, bu vəziyyət gələcəkdə daha çox problem yaradacaq. Ətraflı bu yazıda: Koronavirus: heyvanlardan yoluxan xəstəliklərin sayı niyə artıb?

Koronavirusun yayılması ilə bağlı qorxulara baxmayaraq paytaxt Cənubi Koreyada kütləvi toy mərasimi keçirilmişdi. Toydan fotolar bu yazıda:Koronavirus qorxusu və kütləvi toy mərasimi

Öldürücü koronavirus dünya miqyasında elə sürətlə yayılır ki, bir çox ölkələrin səhiyyə sistemi vəziyyətə nəzarət edə bilmir. Viruslu bölgələrdən qayıdanlardan dərhal analiz almaq mümkün olmadığı üçün hökumətlər potensial daşıyıcılardan özlərini izolyasiya etməyi - öz evlərində karantin tətbiq etməyi xahiş edirlər. Koronavirusa görə evdə karantinə necə hazırlaşmalı? - Şəxsi təcrübə

шаблоны для dle 11.2
Tarix: 27-03-2020, 09:29




Xəbər lenti