İri ticarət mərkəzləri və "Mall"lar açılır: İSTİSNALAR VAR


İri ticarət mərkəzləri və "Mall"lar açılır: İSTİSNALAR VAR

31 maydan etibarən iri ticarət mərkəzləri və “Mall”lar açılır.

Cebhe.info xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahən müvafiq qərarı ilə mümkün olub.

Qərara əsasən, 31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti bərpa edilir. Ancaq onların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla

Bu zaman xüsusi tələb və qaydalara riayət olunmalıdır. Bu, ilk növbədə həmin mərkəzlərə maskasız daxil olmamağı nəzərdə tutur.

Tarix: 31-05-2020, 13:36




Xəbər lenti