“Metroda sıxlıq Naxçıvana uçan təyyarədəkindən 3 dəfə çoxdur”


“Metroda sıxlıq Naxçıvana uçan təyyarədəkindən 3 dəfə çoxdur”

Millət vəkili: “Naxçıvanda yaşayanlar da Azərbaycan vətəndaşlarıdır”

 

Milli Məclisin bu gün keçirilən iclasında yenidən Naxçıvanla gediş-gəliş məsələsi qaldırılıb. AYNA xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat koronavirus pandemiyasına görə bağlı qalan Bakı-Naxçıvan təyyarə reysinin hələ də qapalı qalmasına etiraz edib.

 

S.Novruzov deyib ki, sanki Naxçıvana ABŞ-la eyni sistem yaradılıb: “Naxçıvana gediş-gəliş açılmır, amma Bakıda metro işləyir, iri ticarət mərkəzləri açılır. Bir Naxçıvana təyyarə açılmır. Metroda sıxlıq Naxçıvana uçan təyyarədəkindən 3 dəfə çoxdur. Naxçıvanda yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.

 

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdiriləndən Naxçıvan-Bakı-Naxçıvan təyyarə reysi bağlıdır. Bir neçə dəfə buna etirazlar edilib. Ötən həftə Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov iyunun 8-də reysin açılmaq ehtimalının olduğunu demişdi. 

Tarix: 31-05-2020, 15:20




Xəbər lenti