Nəqliyyat qanqsterləri iş başında: Sənədi alıb pul istədilər...

 Nəqliyyat qanqsterləri iş başında: Sənədi alıb pul istədilər... Uzun müddətdir ki, sürücülərə qarşı nəqliyyat müfəttişlərinin hədə və təhdidləri haqda heç bir məlumat yox idi. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bir qisminin alınması, müfəttişliyin ləğvi, taksi və şəhərdaxili sərnişin daşınmanın Bakı Nəqliyyat Agentliyinə verilməsi bu cür neqativ hallara son qoymuşdu.

Amma buna baxmayaraq NN-nin tabeliyində Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) yaradıldı və şəhərlərarası ve beynəlxalq sərnişindaşımaya nəzarət bu quruma həvalə edildi.

Bu gün Missiya.Az-a avtobus sürücüsünə qarşı zor tətbiq edilməsi barədə məlumat daxil olub. Adının açıqlanmasını istəməyən sürücü iritutumlu avtobusla Gürcüstana səfərlər edir.

Onun sözlərinə görə, iki gün öncə gecə saatlarında Ziya Bünyadov prospektində onun avtobusu DANX müfəttişləri tərəfindən saxlanılıb və sənədləri alınıb. Hətta müyyən məbləğdə pul da istənilib. Sürücünün etirazina baxmayaraq müfəttişlər onun sənədlərini özləri ilə aparıblar. Maşın sahibinə isə iş günündə DANX-a gəlməsi deyilib. Əlacsız qaldığını deyən sürücü çıxış yolunu DİN-nin 102 xidmətinə zəng etməkdə görüb. Polisə məlumatdan sonra mügəttişlər səhəri gün onun sənədlərini geri veriblər.

Məsələni araşdırırıq. Əlavə məlumatları diqqətinizə çatdıracağıq.
Tarix: 11-01-2017, 21:10




Xəbər lenti