Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib


Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yeni Günəşli yaşayış massivində qeydə alınıb.

1965-ci il Muradov Şəmil Teymur oğlu yaşadığı evdə özünə hələlik bilinməyən səbəblərdən bıçaqla zərbə vurub. Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun hansı səbəbdən intihara cəhd etdiyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

шаблоны для dle 11.2
Tarix: 21-07-2018, 08:02




Xəbər lenti