Azərbaycanda bələdiyyə sədri vergi müfəttişini döydü - Reanimasiyadadır



Azərbaycanda bələdiyyə sədri vergi müfəttişini döydü - ReanimasiyadadırMasazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında martın 9-da dava baş verib. Bu haqda Ü.Hüseynovun qohumları məlumat verib.

Məlumata görə, davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.

Qohumlarının sözlərinə görə, əlbəyaxa dava zamanı Ürfət həddən artıq əsəb sarsıntısı keçirdiyi üçün hüşünu itirərək yerə yıxılıb. Ürfət Hüseynov hazırda Respublika Klinik Xəstəxanasında reanimasiyadadır.

Respublika Klinik Xəstəxanasından verilən məlumata görə, Masazır Bələdiyyəsinin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu xəstəxananın ikinci reanimasiya şöbəsindədir və hazırda vəziyyəti ağır qiymətləndirilir.

O da bildirilir ki, S.Əliyev daha əvvəl də başqa bir bələdiyyə üzvü ilə dalaşıb, onu başına butulka ilə vurub xəstəxanalıq edib. Lakin sonradan bu işin üzərini örtüb böyüməsinə mane olub. (milletinsesi.az)
шаблоны для dle 11.2
Tarix: 14-03-2019, 15:55




Xəbər lenti