“Rus zərgərlər” Parisdə oteldən 45 milyon avro dəyərində almaz oğurlayıblar

 Keçmiş prezidentliyə namizəd Quinea Maria- Madlen Diubate qiymətli almazı dəyərləndirmək üçün Parisdə qaldığı otellərin birində ləl-cəvahirət mütəxəsisləri ilə görüşmək istəyib.
ONA lenta.ru-ya istinadla xəbər verir ki, bir qadının dəvətilə siyasətçinin qaldığı otelə gələn “zərgər”lər almazın 45 milyon avro dəyərində olduğunu bildiriblər.
Özlərini rus zərgəri kimi qələmə verən iki “mütəxəssis” qiymətli daşı bir göz qırpımında saxtası ilə dəyişdirməyə macal tapıblar.
Diubate almazın dəyişdirilməsini biləndə artıq gec idi, cinayətkarlar mehmanxananı çoxdan tərk etmişdi.
Şəhər polisi tərəfindən cinayətkar qrupun həyata keçirdiyi oğurluq hadisəsilə bağlı araşdırma aparılır. Axtarılan şəxslərin şəxsiyyəti və vətəndaşlığı barədə hələ ki, heç bir məlumat yoxdurшаблоны для dle 11.2
Tarix: 23-05-2019, 23:52




Xəbər lenti